Formula 1 gələn mövsüm mühərriklərdə hibrid texnologiyaya keçir.
Bir çox komandalar, o cümlədən Mercedes, artıq 2026-cı ilə fokuslanıb.
Komandalar yeni texniki reqlamentlərə hazırlaşmaq üçün resurslarının böyük hissəsini istifadə edirlər.
Formula 1- 2026-cı il mövsümünə aerodinamik paketlərdə və mühərrik texnologiyasında əsaslı dəyişikliklərlə daxil olacaq.
Beynəlxalq Motor Federasiyasının (FIM) 2024-cü ildə elan etdiyi yeni qaydalara əsasən, komandalar hibrid mühərriklərə keçməlidir.
Formula 1 komissiyası dəyişikliklərə əməl edəcəyini elan etdikdən sonra komandalar yeni qaydalara hazırlaşmaq üçün qızğın işə başladılar. O qədər ki, bəzi komandalar bu ili bir kənara qoyub, bütün diqqətlərini yeni reqlamentlərə yönəldiblər.
Mercedes-in 2016-cı il Dünya Çempionu Niko Rosberq də Almaniya komandasının 2026-cı il üçün resurslarının böyük hissəsini istifadə etdiyini iddia edib.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli
