Bu gün:

Meghan Lilibetin ad gününü qeyd etmək üçün yeni fotolarını paylaşıb


Sasseks Düşesi Meqan qızı Lilibetin dördüncü ad günü münasibətilə ailəvi və şəxsi fotolarını paylaşıb.

Meqan qızını qucaqladığı, onun isə dizində oturduğu qara-ağ fotonu paylaşıb. İkinci fotoda isə Meqanın yeni doğulmuş Lilibeti nəvazişlə qucağında tutduğu an əks olunub – bu şəkil 2021-ci ildə doğulduqdan sonra çəkilib.

Meqan Instagram-da belə yazıb:

"Ad günün mübarək, gözəl qızımız! Dörd il əvvəl bu gün həyatımıza daxil oldu və hər gün onun sayəsində daha parlaq və gözəl keçir.

Onun bu xüsusi gününü qeyd edən və sevgi göndərən hər kəsə təşəkkürlər!"

Şahzadə, Sasseks hersoqu və düşesinin ən kiçik övladı 4 iyun 2021-ci ildə anadan olub. Bu onun valideynlərinin yüksək rütbəli kral ailəsi vəzifələrindən geri çəkilib ABŞ-ə köçməsindən bir il sonraya təsadüf edir. Onun babası kral olduqdan sonra Lilibet rəsmi olaraq şahzadə titulu alıb.


Mənbə: BBC news

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et