Lut Qutusu tarixən ən məşhur arxeoloji əşyalarından biridir. Bu qədim relikt təxminən 3000 il əvvəl hazırlanan çox güclü və eyni zamanda qorxulu bir əşyadır.

Əfsanələrə görə, Lut qutusu müqəddəs güclərə sahib olub, Tanrının qoruyucu və dağıdıcı qüvvələrinin simvolu sayılıb. Müqəddəs kitabda, xüsusilə köhnə Əhddə Lut qutusunun insanlara böyük təsirləri və bəzi qorxunc hadisələrlə bağlı mətnlər mövcuddur.
Lut Qutusunun harada olduğu bu günə qədər məlum deyil və onu tapmaq tarixi, dini və elmi baxımdan böyük maraq doğurur. Qutunun tapılması qədim İsrail xalqının tarixini və Musa peyğəmbərin mövcudluğunu təsdiq edə bilər. Bununla yanaşı, Lut qutusunun yenidən tapılması ilə bağlı müxtəlif qorxular da mövcuddur; çoxları düşünür ki, bu, bəşəriyyət üçün yeni fəlakətlərin başlanğıcı ola bilər.
Bəzi tədqiqatçılar və tarixçilər Lut qutusunun qədim Misir mədəniyyətindən ilhamlandığını iddia edirlər. Onlar qeyd edirlər ki, Misir məbədlərində “müqəddəs barque” adlanan qızıl örtüklü qutular var idi və bu qutuların ölçüləri və dizaynı Lut qutusuna çox bənzəyir. Misirlilər üçün qayıq (barque) tanrıların səyahət etdiyi vasitə idi və onların rituallarında bu qutular xüsusi yerlərdə daşınırdı.
Bundan əlavə, Lut qutusunun üzərində “keruvim” adlı qanadlı mələklər təsvir olunub ki, bu da onu bir növ müqəddəs taxt kimi təqdim edib. Qutunun gücü və rəmzi mənası İsrailin qədim kral və ilahi liderləri ilə sıx bağlı idi.
Lut qutusu həm dini, həm tarixi, həm də mistik baxımdan çox maraqlı və sirli bir mövzudur. Onun harada olduğu, nə üçün itirildiyi və yenidən tapılacağı hələ də elm adamlarının və axtarıcıların maraq dairəsindədir.
Mənbə: Ancient Origins
Tərcümə etdi: Arzu Qafarova
