Bu gün:

IO Interactive "James Bond" oyununun başlığını elan edib


Hitman seriyası oyunları ilə tanınan IO Interactive "Ceyms Bond" döyüş oyununun 007 First Light adlanacağını açıqlayıb - şirkət agent 007-nin şəklini dərc edib, həmçinin oyunun "bu həftə açıqlanacağını" bildirib.Oyunun treyleri iyunun 7-də "IOI Showcase"də nümayiş etdiriləcək. Yayım Moskva vaxtı ilə saat 04:00-da başlayacaq. Tədbirdə çox güman ki, keçmiş GTA prodüserindən "Hitman" və "MindsEye" aksiyon oyunu üçün məzmun da göstəriləcək.

007 First Light 2020-ci ilin noyabrında elan edilib. Oyunun "PC" və "Switch 2" daxil olmaqla cari konsollarda olacağı gözlənilir.

Süjet haqqında bir neçə təfərrüat var. Layihənin saytında bildirilir ki, “First Light” Ceyms Bondun yaranması haqqında tamamilə orijinal hekayəni danışacaq.

Mənbə: rozetked.me

Tərcümə etdi: Fatimə Umarbəy

Paylaş
Şərh əlavə et