UEFA Millətlər Liqasında yarımfinal oyunları çərşənbə günü-iyunun 4-də başlayacaq.
Finalçılar sabah və iyunun 5-də Almaniyanın ev sahibliyi edəcəyi matçlardan sonra müəyyənləşəcək.
Liqanın ilk yarımfinal matçında Almaniya və Portuqaliya milliləri sabah Türkiyə vaxtı ilə saat 22:00-da Münhendəki Allianz Arenada üz-üzə gələcəklər.
Digər yarımfinal matçında isə İspaniya və Fransa 5 iyun cümə axşamı günü eyni saatda Ştutqartdakı MHP Arenada üz-üzə gələcək.
Yarımfinalda məğlub olanlar 8 iyun bazar günü Türkiyə vaxtı ilə saat 16:00-da Ştutqartda keçiriləcək üçüncülük matçında meydana çıxacaq.
Millətlər Liqasında 2024-2025-ci il mövsümünün çempionunu müəyyən edəcək final matçı eyni gün Türkiyə vaxtı ilə saat 22:00-da Münhendə oynanılacaq.
Bu il 4-cü dəfə keçirilən UEFA Millətlər Liqasının əvvəllər çempionu Portuqaliya, Fransa və İspaniya olub.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli
