Bu gün:

Toyuq əti bişirilməmiş yuyulmalıdır?


Toyuq ətini bişirməzdən əvvəl yaxşıca yumaq əksər aşpazlar üçün vacib mətbəx qaydasıdır. Bu, bir çox reseptlərdə tövsiyə olunan addımdır;

Bununla belə, qədim zamanlardan bəri tətbiq olunsa da, çiy toyuq ətinin yuyulması əslində hamımızın qarşısını almağa çalışdığımız yoluxucu qida xəstəliklərin riskini artırır. Bəs necə oldu ki, toyuq ətinin yuyulması yemək hazırlama prosesimizin əvəzsiz hissəsinə çevrildi?

Əvvəlki resept kitablarına nəzər salsanız, görə bilərsiniz ki, 60-cı illərdən bəri reseptlərdə hazırlıq mərhələsinin bir hissəsi kimi toyuq ətinin yuyulmasının zəruriliyi qeyd olunub. Bu, insanların ailələrini təhlükəli patogenlərdən qorumaq niyyəti ilə etdikləri bir şey idi. Hətta əslində xəstəlik riskini artırdıqlarını fərq etmədən. 90-cı illərdə ABŞ Kənd Təsərrüfatı Departamenti insanlara çiy toyuq ətini yumamağı söyləməyə başladı; lakin bu şəhər əfsanəsi bu gün də dövriyyədədir.

Niyə toyuq yeməkdən əvvəl yuyulmamalıdır?

Çiy toyuq ətini yuduğunuz zaman bəzi bakteriyaları, xüsusən də qida ilə yoluxan bakterial xəstəliklərin ən böyük səbəkarları olan salmonella və kampilo bakteriyaları lavabonun hər tərəfinə yayırsınız; Bakteriyalar bağırsaqlarınıza yapışaraq mədənizi yoluxdurur. Beləliklə, çiy toyuq yumağa çalışdığınız zaman mətbəxinizdə çarpaz çirklənməyə səbəb olursunuz.

Düzdür, istifadə etməzdən əvvəl təzə meyvə və tərəvəzləri soyuq su ilə yaxşıca yumaq vacibdir;  Əslində, yemək bişirmək bu patogenləri məhv etməyin yeganə yoludur.

Mənbə: Habertürk 

Tərcümə etdi: Namiq Atamalıyev 

Paylaş
Şərh əlavə et