Bu gün:

Niyə metro tunellərində hələ də internet yoxdur?


İnternet artıq həyatımızın ayrılmaz hissəsidir, amma metro tunellərində tez-tez bağlantı kəsilir. Bəs bu qədər texnoloji inkişaf fonunda tunellərdə internet niyə hələ də təmin olunmur? 

Metro tunelləri yerin dərinliyində yerləşdiyi üçün siqnallar bura çətinliklə çatır. Beton, metal və tunellərin əyri quruluşu radio siqnallarının yayılmasına maneə olur, səthdəki antenalardan gələn siqnallar isə bu fiziki maneələri aşa bilmir.


Bahalı infrastruktur həlləri

Metro stansiyalarında Wi-Fi qurmaq texniki baxımdan mümkündür, lakin bu, yüksək xərc və xüsusi infrastruktur tələb edir. Mövcud struktura müdaxilə və nəqliyyatın dayanmadan işləməsi də prosesi çətinləşdirir, xüsusilə, böyük şəhərlərdə.


Kabellərin çəkilməsində çətinliklər

Metro tunellərində internet üçün ən effektiv üsullardan biri siqnal daşıyan kabellərin quraşdırılmasıdır. Lakin rütubət, istilik və sərt mühit bu prosesi çətinləşdirir və xüsusi texnika ilə dəqiq iş tələb edir. Həmçinin enerji təminatı və nasazlıqlara operativ müdaxilə də əlavə problemlər yaradır.


İnnovativ texnologiyalar metro tunellərində internetə çıxışı mümkün edə bilər. Türkiyə və digər ölkələrdə atılan addımlar gələcəkdə daha rahat və bağlantılı metro səyahətlərinə yol aça bilər. İnternetin hər yerdə əlçatan olduğu dünya artıq uzaq deyil.



Mənbə: Fikrimucit


Tərcümə etdi: Səidə Əsədli


Paylaş
Şərh əlavə et