Bu gün:

Yaşlandıqca arıqlamaq niyə çətinləşir?


Yaşlanma özü ilə bir çox dəyişikliklər və yeni şəraitə uyğunlaşmaqda çətinliklər gətirir. Hamımız bədən məhdudiyyətlərini yaşayırıq. Hərəkətliliyin, mayenin tutulmasının, sümük kütləsinin azalması, həmçinin saçların ağarması kimi daha səthi şeylər yaşayırıq. Təbii ki, gənc yaşda asanlıqla edilə bilən fəaliyyətlər var, lakin illər keçdikcə bu, çətinləşir, hətta qeyri-mümkün olur. Hamımız üçün qaçılmaz olan bir dəyişiklik yaşlanmanın kilo itkisinə təsiridir.

Klinik tədqiqatçılar qocalmanın insanın arıqlamasını və formada qalmasını getdikcə çətinləşdirdiyini irəli sürürlər. Bəs niyə? 

Maddələr mübadiləsi yavaşlayır, bədən əzələ kütləsini itirir və hormonların səviyyəsində dəyişikliklər olur. İnsanlar müxtəlif həyat tərzini mənimsəməli olurlar. Təbii ki, çoxlu amillər var, lakin bunlar ən əsaslarıdır. Mütəxəssislər bu dəyişikliklərin arıqlamağa necə təsir etdiyini izah ediblər.

İnsanlar yaşlandıqca maddə mobolizma yavaşlayır

Yaşlandıqca forma almağın çətinləşməsinin əsas səbəblərindən biri metabolizmin yavaşlamasıdır. Metabolizm qida və içkilərin enerjiyə çevrilməsi prosesidir. Bu prosesdə istifadə etdiyiniz qida və içkilərdəki kalorilər oksigenlə qarışaraq bədənin ehtiyac duyduğu enerjini istehsal edir. Yavaş bir metabolizmlə daha az enerji yandırılır, yəni daha çox yağ hüceyrələrində saxlanılır. Qeyd etmək lazımdır ki, hətta istirahət edərkən də bədən bu enerjini düzgün işləmək üçün istifadə edir.

Harvard Tibb Məktəbinin məqaləsində nəzərdən keçirilən 2021-ci il araşdırmasına görə maddələr mübadiləsi yaşla yavaşlamağa meyllidir. Eyni zamanda, məlum olub ki, maddələr mübadiləsi gənc yaşda zirvəyə çatır və illər keçdikcə yavaşlayır. Bu səbəbdən yaşlandıqca sağlam qidalanmanın əhəmiyyəti artır və bəzi qidalar kalori dəyərini itirir.

Mənbə: Habertürk

Tərcümə etdi: Namiq Atamalıyev 

Paylaş
Şərh əlavə et