Bu gün:

Yaponiyanın itməkdə olan mətbəxi


450 il ərzində çiçəklənən Ryukyu Krallığı bu günkü Yaponiyanın Okinava adalarında yerləşir.Zamanla itmək təhlükəsi ilə üz-üzə qalan Ryukyuan mətbəxi bir sıra qadınların səyi ilə yenidən canlanmağa başlayıb. Bu unikal mətbəx Çin, Koreya, Siam (indiki Tayland) və Yapon mədəniyyətlərinin təsiri ilə formalaşıb və fərqli inqrediyentlərin füzyonuna əsaslanır: acı qovun (goya), bənövşəyi şirin kartof (beni-imo), mozuku yosunu və daha çox.

Əsas fiqurlar:

Yukie Miyaguni sabiq dietoloq, Ryukyuan aşpaz və ənənəvi Çin təbabəti üzrə mütəxəssisdir. O, evində həm yerli insanlara, həm də turistlərə bu qədim mətbəxin sağlamlıq faydaları ilə yanaşı, tarixi və fəlsəfəsini də öyrədir.

Miyaguni hesab edir ki, Ryukyuan mətbəxinin bərpası sağlamlıq üçün vacibdir, çünki Okinava əvvəllər "uzunömürlülük adası" kimi tanınıb, amma qidalanmanın qərbləşməsi ilə bu status itmək üzrədir.

Kazumi Kayo Ryukyuan mətbəxi üzrə müəllim və Okinava prefekturasının qida mədəniyyəti səfiridir. Onun Ryukyuan mətbəxinə marağı anasının hazırladığı sadə, lakin ləzzətli yeməklərin xatirəsindən qaynaqlanır. O, həmçinin “Yonner Food Cooking Studio”nun rəhbəridir və turistləri bazardan başlayaraq yerli yeməkləri bişirməyə aparır.

Yeməklər və ənənələr:

Champaru – tofu, yumurta, acı qovun və donuz əti ilə hazırlanan qarışıq qızartma.

Ukwanshin Ryori – saray qonaqlarına təqdim olunan yüksək səviyyəli diplomatik mətbəx.

Jimami tofu, umibudo, agu donuz əti kimi məhsullar Ryukyuan mətbəxinin əsas inqrediyentlərindəndir.

Ishoku Dogen fəlsəfəsi – yeməklə sağalma ideyası. Bu fəlsəfə hələ də Ryukyuan xalq mətbəxində yaşamaqdadır.

Mədəniyyətin qorunması üçün atılan addımlar:

1. 2016-cı ildə "Ryukyuan Cuisine Masters" adlı proqram başlanıb.

2. 2019-cu ildə Ryukyu Mətbəxinin Qorunması Assosiasiyası qurulub və mətbəx milli irs statusu alıb.

3. Yeni restoranlar və yemək turları (məsələn, Hiromi Neromenin evindəki kurslar və ya Suitenrou restoranı) bu mətbəxi yaşatmaq üçün fəaliyyət göstərir.

Miyaguni və Kayo kimi qadınlar mətbəxdə yalnız yemək deyil, bir xalqın kimliyini də qoruyurlar. Onların dediyi kimi: "Əgər Ryukyuan mətbəxi yox olarsa, biz Okinavanın kimliyini itirərik". 

Mənbə: BBC News

Tərcümə etdi: Nigar Muştaqova

Paylaş
Şərh əlavə et