Maqnum “Unilever”ə məxsus dünyaca məşhur dondurma brendidir. Baş ofisləri Londonda və Rotterdamda yerləşdiyi üçün brend Britaniya-Hollandiya mənşəli sayılır və qlobal xarakter daşıyır.
Maqnum keyfiyyətli şokoladı və sıx dondurma dadı ilə lüks dondurma kateqoriyasında rəhbər brend sayılır. Türkiyə də daxil olmaqla, bir çox ölkədə istehsal olunur və yay aylarında geniş tələbat görür.
Maqnum ilk dəfə harada istehsal olunub?
Maqnum brendi ilk dəfə 1989-cu ildə Belçikada istehsal edilib. Layihə “Unilever”in “Ola” brendinin Belçikadakı laboratoriyalarında hazırlanıb. Brendin şokoladı isə dünyaca tanınan Belçika şokolad istehsalçısı “Callebaut” ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.
Bu əməkdaşlıq sayəsində həm xarici örtük, həm də içlik baxımından unikallıq yaranıb. Brend əvvəlcə Avropanın bir neçə ölkəsində satışa çıxarılıb və tez məşhurlaşıb. Uğurdan sonra “Unilever” Maqnumu sürətlə qlobal bazarlara yaymağa başlayıb.
Maqnumun sahibi kimdir?
Maqnum brendi “Unilever” şirkətinə məxsusdur. “Unilever” fərdi qulluqdan qidaya qədər geniş sahədə fəaliyyət göstərir və Dove, Lipton, Omo, Knorr, Algida kimi tanınmış brendləri idarə edir. Şirkət dünya üzrə milyardlarla insana xidmət edir.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
