Premyer Liqa klubu olan "Mançester Yunayted" Matheus Cunhanın transferi üçün "Vulverhempton"la razılığa gəlib.

Klubun saytında verilən açıqlamada braziliyalı futbolçu ilə bağlanan müqavilənin təfərrüatları yer almayıb.
İngilis mətbuatı Mançester Yunaytedin Cunhanın müqaviləsindəki 62,5 milyon funt sterlinqlik sərbəst qalma maddəsini aktivləşdirdiyini, 26 yaşlı forvardı heyətinə qatdığını və 5 illik müqavilə imzaladığını iddia edib.
2023-cü ildə İspaniyanın "Atletiko Madrid" klubundan "Vulverhempton"a keçən Cunha bu mövsüm klubunda 36 matçda 17 qol vurub.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli
