Startap Odissey süni intellektlə işləyən yeni texnologiya təqdim edib. İstifadəçilər video yayımı ilə 3D virtual mühitdə sərbəst hərəkət edib qarşılıqlı əlaqə qura bilirlər. Texnologiya hələ sınaq mərhələsində olsa da, gələcək üçün böyük ümidlər yaradır.
Bu model istifadəçilərə interaktiv və real vaxtda 3D dünyaları araşdırmaq imkanı verir. Beləliklə, insanlar sadəcə izləyici yox, eyni zamanda o dünyanın bir hissəsi olurlar. Mütəxəssislər düşünür ki, bu texnologiya virtual reallıq və interaktiv məzmun sahəsində yeni bir dövr başlada bilər.
Startap Odisseyi-nin bu yeniliyi texnologiya və əyləncə sahələrində geniş istifadə imkanları yaradacaq və insanlara daha zəngin, şəxsi təcrübələr təqdim edəcək.
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə
