Bu gün:

Cannes film festivali 2025


 Bu ilki Cannes Film Festivalı başa çatır və yüzlərlə premyera edilən filmlər arasından 2025-ci il boyunca haqqında çox danışılacaq 12 filmi təqdim edilib.

1. “Die, My Love”

Jennifer Lawrence və Robert Pattinson-un ulduz gücü ilə, eləcə də Şotlandiyalı rejissor Lynne Ramsay-in arthouse kredosu ilə Die, My Love Cannes-ə ən çox gözlənilən filmlərdən biri kimi daxil olub və orada Mubi-yə 24 milyon dollara satılıb. Ariana Harwicz-in 2017-ci il romanından uyğunlaşdırılan bu film kəndə köçdükdən və uşaq sahibi olduqdan sonra münasibətləri dağılan bir cütlüyü izləyir və Lawrence-in canlandırdığı obrazın psixotik dağılmasına fokuslanır.

2. “Sound of Falling”

Mascha Schilinski-nin bu ikinci filmi eyni Alman kənd evində keçən, lakin dörd fərqli zaman dövrünü əhatə edən qeyri-adi dərəcədə iddialı və gözəl sənət əsəridir. Burada eyni personajları həm uşaqlıqda, həm də qocalıqda görürük. Nəsildən-nəslə ötürülən travmalar hiss olunur. Film romandan çox roman kimi hiss olunur. Damon Wise (Deadline): "Sinema bu qədər geniş, eyni zamanda intim olan bu əsəri təsvir etməyə kifayət etmir”.

3. “Pillion”

Bu Britaniya filmi Un Certain Regard bölməsində nümayiş olunub. Alexander Skarsgard “dom” motosikletçi Ray-i, Harry Melling isə “sub” vəzifəli maşın dayanacağı müfəttişi Colin-i canlandırır. Əvvəlcə Brit komediyası tonunda olan film getdikcə qaranlıqlaşır və emosional istismarı araşdırır. Xüsusilə Colin-in anası rolundakı Lesley Sharp-ın səhnəsi yaddaqalan olur.

4. “Eddington”

Ari Aster-in (Hereditary, Midsommar) komediya-trilleri olan bu film Joaquin Phoenix-in oynadığı, özünü qəhrəman sanan, lakin bəlkə də zalım bir şərifin ətrafında cərəyan edir. Sophie Monks Kaufman (Independent) Aster-in ən gülməli filmi olduğunu deyir.

5. “The Secret Agent”

Kleber Mendonça Filho-nun 1977-ci illərdəki Braziliya diktaturası zamanı baş verən hadisələr əsasında çəkilən bu film Palme d’Or üçün favorit sayılır. Wagner Moura-nın baş rolda olduğu bu film dramatik və poetik finalı ilə diqqət çəkir.

6. “Sentimental Value”

Joaquin Trier və Renate Reinsve-nin (The Worst Person in the World) tandemindən gələn bu Norveç filmi ata və qız münasibətlərinə fokuslanır. Stellan Skarsgard ata, Reinsve isə onun məşhur aktrisa qızıdır. Bu, sənətin şəxsi həyatla necə çarpazlaşdığını müzakirə edən incə və yumorlu dramdır.

7. “Sirat”

İspan rejissor Oliver Laxe-in bu sirli, qeyri-adi filmi bir atanın qızını axtardığı rave partisi ilə başlayır. Apokaliptik tonlar, yol filmi elementləri və ekzistensial dram birləşərək filmi həm təsirli, həm də çaşdırıcı edir. Variety-dən Jessica Kiang onu "insan psixologiyasının sınağa çəkildiyi parlaq dərəcədə qəribə, kult dəyərində vizyon" adlandırır.

8. “The Chronology of Water”

Kristen Stewart-ın rejissor debütü qadınlıq və travma üzərinə cəsarətli və parçalı bir kolajdır. Lidia Yuknavitch-in avtobioqrafik əsəri əsasında çəkilən bu film Imogen Poots-un güclü performansı ilə seçilir. Stewart-ın vizual-poetik yanaşması klassik hekayə quruluşuna qarşı çıxır.

9. “Urchin”

Aktor Harris Dickinson-un rejissor kimi ilk işi olan bu film Frank Dillane-in canlandırdığı orta təbəqədən olan, lakin evsiz və narkotik asılılığı olan bir gəncin həyatını izləyir. Dickinson-un öz rolları bu filmə hazırlaşmasına yardımçı olmuş kimi görünür. The Hollywood Reporter: "Çox işlənmiş bir mövzuya yeni, düşüncəli və fərqli bir yanaşma".

10. “My Father's Shadow”

Cannes tarixində ilk dəfə rəsmi seçimə düşən Nigeriya filmi. Akinola Davies Jr-in rejissoru olduğu bu film Nigeriyanın 1990-cı illərinin başlanğıcında, atasının oğulları ilə keçirdiyi bir gün çərçivəsində həm ailə münasibətlərini, həm də ölkənin demokratik keçidini poetik şəkildə təsvir edir.

11. “Nouvelle Vague”

Richard Linklater-in Jean-Luc Godard və "Yeni Dalğa"ya ithaf etdiyi bu film "Breathless"ın çəkilişlərindən səhnələr təqdim edir. Həm Fransız kinosevərləri üçün nostalji, həm də texniki ustalığın nümayişidir. The Wrap: “Fransız Yeni Dalğasına məktubdan daha çox, Linklater-in ustalığının nümayişidir”.

12. “It Was Just an Accident”

İran rejissoru Jafar Panahi-nin diktaturaya qarşı incə satira dolu, eyni zamanda insani və yumorlu yeni filmi. Əvvəllər filmləri qadağan olunan rejissorun festivalda iştirakı alqışlarla qarşılanıb. Film bir qrup insanın keçmişdəki işgənəçi olduğunu düşündükləri adamdan intiqam almağa çalışmasını izləyir. The Guardian: “Panahi-dən daha bir təsiredici və cəsarətli iş”

Mənbə: Bbc news

Tərcümə etdi: Nigar Muştaqova

Paylaş
Şərh əlavə et