Dinozavrların gurultulu şəkildə nərildədiyini düşünmək Hollivudun təsiridir, lakin elmi tədqiqatlar onların səslərinin daha fərqli və bəlkə də daha təmkinli olduğunu göstərir. Səs fosilləşmir, lakin bəzi nadir kəllə quruluşları və kompüter modelləri vasitəsilə alimlər onların necə səslənə biləcəyi barədə müəyyən təsəvvür formalaşdırıblar.

Məsələn, Parasaurolophus tubicen adlı ot yeyən dinozavrın başında boruya bənzər, təxminən 3 metr uzunluğunda çıxıntı olub. Bu struktur hava ilə dolanda rezonans yaradaraq dərin və aşağı tezlikli uğultular çıxara bilib. Alimlərin kompüter simulyasiyaları göstərib ki, bu səslər sanki bir dumanlıq meşədə eşidilən uzaq dəniz fitinə bənzəyir – qorxu yaradan, amma qışqırıqdan çox vızıltıya bənzər səslər.
Böyük dinozavrla, məsələn, Supersaurus kimi növlər aşağı tezlikli səslər çıxarıb, lakin 28 metrlik boyunları səbəbindən səsləri gecikib yöndəmsiz səslənə bilərdi. Onların uzun quyruqları da sürü halında hərəkət edərkən toxunuşla ünsiyyət üçün istifadə oluna bilər.
Kiçik dinozavrlar isə ehtimal ki, quşlara və sürünənlərə bənzər ciyilti və çığırtılarla ünsiyyət qurublar.
Qısacası, dinozavrlar səssiz deyildilər, amma tanıdığımız heyvan səslərindən çox fərqli, bəzən də “hiss edilən” səslərlə bir-birilə əlaqə qurublar.
Mənbə: BBC News
Tərcümə etdi: Xavər Məmmədli
