Bu gün:

Britaniyada Labubu kuklaları satışdan çıxarılıb


Dəbli Labubu kuklalarının pərəstişkarları bu oyuncaqların İngiltərədəki bütün mağazalardan çıxarılması ilə bağlı xəbərlərdən sonra sosial mediada istehsalçıya qarşı qəzəblərini ifadə ediblər.
Canavar oyuncaqları istehsal edən Pop Mart BBC-yə bildirib ki, "hər hansı potensial təhlükəsizlik probleminin qarşısını almaq üçün" iyun ayına qədər bütün 16 mağazasında onların satışını dayandırıb.

Labubu fanatı Viktoriya Kalvert Londonun şimal-şərqindəki Stratfordda bir mağazada davanın şahidi olduğunu söyləyib. "Özümü axmaq bir vəziyyətdə tapdım - insanlar döyüşür və qışqırırdılar və mən qorxdum."

Yumuşaq heyvanlar Rihanna və Dua Lipa kimi məşhurların onları istifadə etməyisindən sonra TikTok trendinə çevrilib. Bəzi pərakəndə ekspertlər xəbərdarlıq edirlər ki, tədarükün dayandırılması yalnız tələbi artıracaq.

Mənbə: BBC

Tərcümə etdi: Fatimə Umarbəy

Paylaş
Şərh əlavə et