Stanley Kubrikin ikonik filmləri üzərində işlədiyi ev satışa çıxarılıb. Hertfordshire-də Barnet Lane küçəsində yerləşən Abbots Mead adlı ev amerikalı rejissor tərəfindən 1965-ci ildə alınıb və o burada “The Shining”, “Barry Lyndon”, “A Clockwork Orange” və “2001: A Space Odyssey” kimi filmlərin istehsalını idarə edib.

Evin qarşısında Kubrikə həsr olunan mavi lövhə (blue plaque) yerləşdirilib və Savills daşınmaz əmlak agentliyi tərəfindən təqribi olaraq 6,950,000 funt sterlinq qiyməti ilə satışa çıxarılıb.
O bu evdə 14 il yaşayıb, sonra isə ömrünün sonuna qədər qaldığı St Albans yaxınlığındakı Childwickbury mülkünə köçüb.
Yaşıl çəmənliklə əhatələnən ev iri ağaclarla örtülüdür. Sol tərəfdə üzgüçülük hovuzu var. Evdə sütunlarla örtülən bir açıq oturma sahəsi yerləşir.
Evin satış qiyməti təqribən 6,950,000 funt sterlinqdir. Kubrik bu evi 1965-ci ildə Simon Kovelin atasından alıb.
Savills Rickmansworth-dan Steven Spencer ev barədə belə deyib: “Bu, əsl kino tarixinin bir parçasına sahib olmaq üçün möhtəşəm bir fürsətdir”. O əlavə edib: “Elstree Studiyalarına yaxınlığı Kubrik və ailəsi üçün ideal bir əsas yer idi”.
“O, həmçinin çox vaxt evdən işləyib, bu evin divarları arasında özünün qeyri-adi yaradıcılıq irsindən olan dörd filmə dair bütün aspektləri diqqətlə idarə edib”.
Qapalı evdə doqquz yataq otağı və torpaq sahəsində əlavə binalar var. Evdə bəzəkli pilləkənlər, böyük kaminlər və hündür tavanlar kimi tarixi xüsusiyyətlər mövcuddur.
Bağda isitmə sistemli üzgüçülük hovuzu, sauna, iki istixana və bir meyvə bağı yerləşir.
Mənbə: Bbc news
Tərcümə etdi: Nigar Muştaqova
