Bu gün:

Almaniya Kuboku Ştutqartda


Ştutqart 2025-ci il Almaniya Kubokunun finalında Arminia Bielefeld-i 4-2 hesabı ilə məğlub edərək qalib gəlib.“Ştutqart”ın 3-cü qolunu türk-almaniyalı hücumçu Dəniz Ündav vurub.

Ştutqart Arminia Bielefeld üzərində 4-2 hesabı ilə qalib gələrək 2025-ci ildə Almaniya Kubokunu qazanıb.

Berlin Olimpiya Stadionunda keçirilən matçda ilk qolu 15-ci dəqiqədə “Ştutqart”ın almaniyalı hücumçusu Nik Voltemad vurub, cəmi 7 dəqiqə sonra isə fransız yarımmüdafiəçi Enzo Millot hesabı 2:0-a çatdırıb.

Dəniz Undavdan 3-cü qol

28-ci dəqiqədə “Ştutqart”ın üçüncü qolunu türk-alman hücumçusu Dəniz Undav vurub və ilk hissə 3:0 hesabı ilə başa çatıb.

Millot 66-cı dəqiqədə səhnəyə qayıdıb və Ştutqartın heyətində dördüncü qolunu vurub.

Arminia Bielefeld 82-ci dəqiqədə almaniyalı hücumçu Julian Kania və 85-ci dəqiqədə "Ştutqart"ın alman müdafiəçisi Coşa Vaqnomanın avtoqolu ilə fərqi 3 dəqiqəyə 2-yə endirib.

Qarşılaşmada 4-2 hesabı ilə qalib gələn Ştutqart çempion olub və sonuncu dəfə 1997-ci ildə qazandıqları kuboku dördüncü dəfə öz yerləri aparıblar.

Mənbə: TRT Haber

Tərcümə etdi: Səbuhi Əzənmədli

Paylaş
Şərh əlavə et