Bu gün:

Kompüterlər artıq idarəni ələ alırlar?


1966-cı ildə yayımlanan “Tomorrow’s World” adlı proqram çərçivəsində uşaqlardan gələcəyi, yəni 2000-ci ili təsəvvür etmələri istənilib. Uşaqların cavabları maraqlı və bəzən qorxulu fikirlərlə yadda qalıb. 

Onlar dünyanı bürüyəcək əhali sıxlığından, mümkün nüvə müharibələrindən və ən çox da kompüterlərin insanları əvəz edərək idarəni ələ alacağından danışıblar.

Zaman keçdikcə bu proqnozların bir çoxu ya reallaşıb, ya da qismən gerçəkliyə çevrilib. Kompüterlər həyatımızın ayrılmaz hissəsinə çevrilib, texnologiya isə bir çox sahədə insan gücünü əvəz etməyə başlayıb. 

BBC News-dan sual: Sizcə, 2066-cı ildə dünya necə bir yer olacaq? Yeni texnologiyalar, süni intellekt və iqlim dəyişikliyi qarşıdakı onilliklərdə həyatımıza necə təsir edəcək və onu necə dəyişəcək?


Mənbə: BBC News 

Tərcümə etdi: Zeynəb Yunuszadə

Paylaş
Şərh əlavə et