Bu gün:

Avropa İttifaqı Trampı tarif qərarını nəzərdən keçirməyə səsləyir


Avropa İttifaqı ölkələri Vaşinqtonun ən böyük ticarət tərəfdaşlarından biri olub keçən il 600 milyard dollardan çox məhsulu Amerikaya göndərib və ABŞ hökumətinin rəqəmlərinə görə 370 milyard dollar dəyərində məhsullar alıb. Hazırda isə ABŞ və Avropa İttifaqı arasında ticarətlə bağlı müzakirələr gedir.

Belə ki, ABŞ prezidenti Donald Tramp cümə günü Avropa İttifaqı ölkərindən ABŞ-yə idxal edilən mallara gömrük tariflərini 50% qaldırmaq qərarını verdikdən sonra Avropa İttifaqının ticarət rəhbəri Trampı təhdid əməlindən daşınıb qaydalara hörmət etməyə səsləyir.

“Avropa İttifaqı yeni qərarı ortaq maraqlar və hörmət əsasında, təhdidlər olmadan qəbul etməyə hazırdır”- deyə Aİ ticarət rəhbəri bildirib.

Tramp tariflərlə bağlı yeni qərarının vaxtı ilə bağlı öz sosial media hesabında paylaşıb və qeyd edib ki, tariflər iyun ayının 1-dən etibarən qüvvəyə minəcək.

Qeyd edək ki, Tramp, həm də Apple məhsulları üçün də yeni tariflər müəyyən edib.

Mənbə: BBC

Tərcümə etdi: Rəna Qarayeva

Paylaş
Şərh əlavə et