Bu gün:

YouTube reklamları dəyişməkdədir


YouTube rəqəmsal reklamda böyük platformalardan biri olaraq, “Pik Points” adlı yeni reklam formatını təqdim etməyə hazırlaşır. Bu sistem reklamları izləyicilərin videolarda ən çox diqqət yetirdiyi anlarda göstərməyi hədəfləyir.

Pik Points nədir?

"Pik Points" YouTube-un süni intellektlə işləyən yeni reklam texnologiyasıdır. Bu sistem videolardakı emosional anları müəyyən edir və reklamları həmin anlardan dərhal sonra göstərir.


Yeni sistem Google-un qabaqcıl süni intellekt modeli Gemini ilə işləyir. Gemini videonu analiz edərək izləyicilərin emosional olaraq ən çox reaksiya verdiyi anları müəyyənləşdirir.


Bu üsul rəqəmsal marketinqdə “emosiyaya əsaslanan hədəfləmə” kimi tanınır. Xüsusilə, Türkiyə kimi emosional bağları yüksək olan bazarlarda bu yanaşmanın çox daha təsirli olacağı düşünülür.


Reklamın təsiri artacaq, bəs izləyici təcrübəsi?

Yeni sistemin əsas məqsədi reklamları daha effektiv etməkdir. Bununla belə, bu, tamaşaçı təcrübəsinə iki şəkildə təsir edə bilər:


Müsbət cəhətlər: Reklamçılar daha çox diqqət çəkən və satışa çevrilmə ehtimalı olan reklamlar göstərə bilərlər.


Mənfi cəhətlər: İzləyici videonun ən emosional və ya həyəcanverici anında reklamla qarşılaşacağı üçün məzmun axını kəsilə bilər. Bu, bəzən xoşagəlməz təcrübə yarada bilər.


YouTube bu balansı qorumaq üçün test prosesinə böyük əhəmiyyət verir. Hələlik bütün istifadəçilər üçün əlçatan olmayan bu sistem məhdud bölgələrdə və videolarda sınaqdan keçirilir.


YouTube təkcə Pik Points ilə kifayətlənmir, eyni zamanda interaktiv reklam formatları da hazırlayır. Bu formatda istifadəçilər reklamda gördükləri məhsulları dərhal incələyə və ala biləcəklər. Xüsusilə, e-ticarət sahəsində bu yenilik izləyiciləri asanlıqla müştəriyə çevirməyə imkan verəcək.


Mənbə: Fikrimucit


Tərcümə etdi: Səidə Əsədli


Paylaş
Şərh əlavə et