Bu gün:

Qaynadılmış yumurtaları necə saxlamaq olar?


Çiy yumurtalar asanlıqla soyuducuda və ya mətbəxdə saxlanılır. Bişmiş yumurtanın saxlanmasına gəlincə bəzi qaydaların olduğunu nəzərə almaq lazımdır.

Zəngin bir protein qaynağı olan yumurta həyatımızın əvəzolunmaz hissələri arasındadır. Ancaq bişirmək asan olsa da, düzgün saxlanmadıqda asanlıqla xarab olur.

Qaynadılmış yumurta soyuducuda saxlanıla bilər, lakin onu uzun müddət təzə saxlamaq üçün daha sadə üsullar var.

Qida Mühafizəsi Mütəxəssisi Tracey Brigman bildirir ki, bişmiş yumurtanın qorunması bişirilmənin başa çatması ilə başlayır.

“Soyuducuya isti qidalar qoyulduqda, o, ətrafındakı digər qidaları da qızdıraraq, bakteriyaların çoxalmağı sevdiyi bir mühit yarada bilər”,- deyən Briqman yumurtanı  qorumaq üçün ilk addımın mümkün qədər tez soyudulması olduğunu bildirib.

Bunun üçün yumurta bişən kimi soyuq su ilə bir qaba qoymaq lazımdır.  Burada bir neçə dəqiqə saxlasanız, bakteriyalar yox olacaq.

Yumurtalar soyuduqdan sonra qabığında saxlamaqda fayda var. Lakin onların soyuducuda daha uzun müddət qalmasını istəyirsinizsə, bişmiş və soyudulmuş yumurtaları temperaturun ən az dəyişdiyi soyuducunun orta rəfinə qoymalısınız. Yumurtalar soyuducuda hava keçirməyən qabda yerləşdirilməlidir.

Briqman bunu onunla əlaqələndirib ki, qabığı örtən qoruyucu təbəqə bişmə prosesi zamanı yox olur, yumurtaları havaya və zərərli mikroorqanizmlərə daha həssas edir. Soyuducuda bağlı saxlanılan yumurta qoxulardan və onu xarab edən bakteriyalardan qorunur.

Qaynadılmış yumurta soyuducuda qabığı soyulsa da, soyulmasa da 1 həftəyə qədər qala bilər. Əvvəlcədən bişirilmiş və qablaşdırılmış olanlar üçün bu vaxta bir neçə gün əlavə edilə bilər.  Bununla belə, qida mütəxəssisləri deyirlər ki, bir həftəlik saxlama müddəti əvəzinə yumurtanın üzərindəki son istifadə müddətinə riayət etmək lazımdır.

Mənbə: Haber global 

Tərcümə etdi: Lalə Mənəfova

Paylaş
Şərh əlavə et