2010-cu ildə hindistanlı rejissor Neeraj Ghaywan Kann festivalında “Masaan” adlı filmi ilə möhtəşəm debüt edib. Bu, məhəbbət, itki və kast sisteminin sıxıcı təsiri haqqında, müqəddəs Varanasi şəhərində baş verən duyğusal bir hekayə idi.

Filmdə baş rolda (aktyor Vicky Kaushal) Hindu kast sistemində ən aşağı təbəqəyə aid edilən Qanq çayı sahilində cəsədlərin yandırılması işini yetirib. “Masaan” festivalda qeyri-ənənəvi hekayələr və üslublara yer verilən “Un Certain Regard” bölməsində nümayiş etdirilib və FIPRESCI və “Avenir” (Ümidverici Gələcək Mükafatı) mükafatlarını qazanıb. Bundan sonra Ghaywan Hindistanın marginal icmaları haqqında hekayə axtarışına başlayıb. Beş il əvvəl, pandemiya dövründə, dostu və Dharma Productions-un yaradıcılıq rəhbəri Somen Mişra ona “The New York Times”-da dərc olunan “Taking Amrit Home” adlı bir məqaləni tövsiyə edib. Məqalənin müəllifi jurnalist Başarat Pir olub.
Ghaywan-ı məqaləyə cəlb edən onun milyonlarla hindistanlının sərt karantin dövründə evlərinə qayıtmaq üçün bəzən yüzlərlə, hətta minlərlə kilometr yolu piyada getməsindən bəhs etməsi olub. Amma onu daha çox cəlb edən əsas hekayə xətti olun – biri müsəlman, digəri dalit (keçmişdə “toxunulmazlar” adlandırılan) olan iki kişinin uşaq vaxtı dostluqları.
“Evə Qayıdış” filmi Peerin məqaləsindən ilham alaraq Kann Festivalında "Un Certain Regard" bölməsində nümayiş etdirilib və tamaşaçılar tərəfindən doqquz dəqiqə ayaqüstə alqışlanıb. Tamaşaçılar arasında göz yaşlarını silənlər çox olub. Ghaywan filmin baş prodüseri Karan Joharı möhkəm qucaqlayıb, daha sonra isə baş rolları oynayan Ishan Khatter, Vishal Jethwa və Janhvi Kapoor ilə bir yerdə böyük bir qrup qucaqlaşması yaşanıb.
Kann 2025-in ən böyük Cənubi Asiya hadisəsi olduğundan digər kino xadimləri də nümayişə dəstək verməyə gəliblər. 1988-ci ildə “Salaam Bombay” filmi ilə “Qızıl Kamera” mükafatını qazanan Mira Nair Karan Johara tərəf əyilib. 2022-ci ildə “Joyland” filmi ilə “Un Certain Regard” jüri mükafatını qazanan Pakistanlı Saim Sadiq isə zalın ab-havasını əks etdirən video çəkib sonradan Instagram-da paylaşıb.
Film gözlənilməz bir tərəfdən də dəstək alıb. Onun əsas prodüseri Hindistanın kommersiya filmləri üzrə tanınan rejissoru Karan Johardır. Amma ötən ay fransız prodüser Melita Toscan du Plantier tərəfindən filmə tanıdıldıqdan sonra məşhur rejissor Martin Scorsese də layihəyə icraçı prodüser kimi qoşulub. Bu, Scorsese-nin müasir Hind filminə ilk dəfə dəstək verməsidir. İndiyə qədər o, yalnız klassik Hind filmlərinin restavrasiyasını dəstəkləyib.
Filmin iki baş qəhrəmanı Məhəmməd Şoaib Əli (Khatter) və Çandan Kumar (Jethwa) ortaq bir tarixə malikdirlər: üst kasta hindlilərin əsrlərlə davam edən ayrı-seçkiliyi və eyni zamanda sosial baryerləri aşmaq arzusu. Onların məqsədi dövlət polis qüvvəsinə qoşulmaqdır.
Ghaywan açıq şəkildə bildirib ki, özü də dalit ailəsində doğulub, bu gerçəklik onun həyatında uzun müddət təsirini göstərib və hələ də onun üzərində bir yük olaraq qalır. O, Hindistanda idarəetmə sahəsində təhsil alıb və sonradan Dehlinin yaxınlığında yerləşən Qurqaon şəhərində korporativ sahədə çalışıb. Heç vaxt açıq ayrı-seçkiliklə qarşılaşmasa da, kast sistemindəki yerinin fərqində olub.
Tənqidçilər deyirlər ki, “Evə Qayıdış”ın bədii və real elementləri qüsursuz şəkildə birləşdirilir və nəticədə güclü ictimai sənəd ortaya çıxır. Hindistanın əhalisinin əksəriyyəti kəndlərdə yaşasa da, Hindi filmlərində kəndlər nadir hallarda əks olunur,- deyə Ghaywan bildirir. Onu daha da narahat edən isə bu cəmiyyətlərin sadəcə statistika olaraq göstərilməsidir.
Mənbə: Bbc news
Tərcümə etdi: Nigar Muştaqova
