Vətəni İranda illərlə həbs və səyahət qadağalarından sonra Cəfər Pənahi Kann festivalına qəzəbli, lakin zarafatlı bir intiqam trilleri ilə qayıdır. Film repressiv rejimlərə qarşı açıq tənqid səsləndirir və Kannın ən yüksək mükafatı Qızıl Palma budağını qazana bilər.

Film mehriban bir kişinin hamilə həyat yoldaşı və arxa oturacaqda oynayan qızları ilə kənd yolunda axşam gəzintisində olan uzun və fasiləsiz bir səhnə ilə başlayır. Avtomobil xarab olur və kişi bir mexaniki onu düzəltməyə razı salır. Ancaq mexanikin dağınıq iş yoldaşı Vahid (Vahid Mobasseri) tanış və dəhşətli səsləri eşidir: axsayan birinin qeyri-bərabər addımları və süni ayağın cırıltısı.
Bu il Kann müsabiqə filmlərində bir ümumi mövzu var: Dövlət maneə olduğu zaman ədalətə çatmaq nə qədər çətin ola bilər. Məsələn, "İki Prokuror" filmində Stalin dövrü SSRİ-də bürokratiya həqiqəti yox edir. "Respublikanın Qartalları"nda bir Misir aktyoru həm işdə, həm də evdə rüşvətxor məmurların təzyiqi altındadır. "Dosye 137" filmi müasir Fransada baş verir, lakin burada da bəzi cinayətkarları qoruyan sistemlər polis araşdırmalarına əngəl olur.
Bütün bunların içində ən şəxsi və dərindən təsirli film Cəfər Pənahinin yazıb rejissorluğunu etdiyi "Bu Sadəcə Bir Qəza idi" filmidir. Pənahi İranda dəfələrlə həbs olunub, film çəkməsi qadağan edilib və ona çoxsaylı səyahət yasaqları qoyulub. O, Kann festivalında sonuncu dəfə 2003-cü ildə şəxsən iştirak edib. Ona görə də bu filmin repressiv rejimə qarşı açıq danışması təəccüblü deyil. Daha çox təəccübləndirici olan isə, "Bu Sadəcə Bir Qəza idi" filminin qəzəbini isti münasibət, yumor və hətta ən qaranlıq mövzulara qarşı şəfqət hissi ilə balanslaşdırmasıdır. Film personajların yaşadığı dəhşətli hadisələri açıq şəkildə göstərir, lakin sual edir: Onlar, özlərinə qarşı istifadə olunan üsulları istifadə etməyə haqq qazanıblarmı?
Bu səslər Vahidin illərlə kabuslarına girən bir şəxsi xatırladır. Vahid impulsla onu bel ilə vurub, yük maşınının arxasına yerləşdirir. Planı onu səhrada diri-diri basdırmaqdır. Filmin tozlu dağ mənzərələri isə klassik Qərb (western) üslubunda bir sərhəd ədaləti hekayəsinə çevrilir. Lakin burada bir problem var: Vahid həbsdə olarkən daim gözləri bağlı olub. Ona görə də həqiqətən də bu şəxsin "Taxta Ayaq" olub-olmadığına əmin deyil. O, şəhərə sürərək birlikdə həbsdə olan bir dostundan fikrini almaq istəyir. Amma işlər daha da mürəkkəbləşir. Tezliklə Vahidin mikroavtobusu keçmiş məhbuslarla dolur içlərində ağıllı bir toy fotoqrafı (Mariam Afshari), ertəsi gün evlənəcək əsəbi bir qadın (Hadis Pakbaten) və əsirə nifrət bəsləyən bir kişi (Mohamad Ali Elyasmehr) var istəsə, həmin şəxsi boğmağa belə hazırdır, kimliyindən asılı olmayaraq.
"Bu Sadəcə Bir Qəza idi" etik cəhətdən ağır suallarla dolu, gərgin və burulğanlı bir intiqam trilleridir. Personajların keçdiyi əzablar ürək ağrıdıcı dərəcədə dəqiq göstərilir, lakin film soruşur: Əgər həqiqətən də bu şəxs "Taxta Ayaq"dırsa, onu edam etməyə haqları varmı? Əgər onu buraxsalar, daha böyük bəlaya düşəcəklərini düşünürlərsə, seçimləri qalırmı?
Panahi bu etik dilemmləri bol humorla qarışdırır. Vahid və yoldaşları qəddar qisasçılar yox, daha çox dalaşan vəzifəsiz bir dəstədir, planları bəlkə də sadəcə benzinsizlik səbəbindən pozula bilər. Bir səhnədə gəlinlik geyinən qadın da daxil olmaqla, mikroavtobusu benzin stansiyasına itələyirlər. Eyni zamanda, onlar yalnız gizli polisdən deyil, gündəlik xırda korrupsiyadan da başlarını qorumağa çalışırlar. Gülməli nümunələrdən biri: iki təhlükəsizlik işçisi cib terminalları ilə rüşvət qəbul edirlər.
Bu absurd vəziyyətlər təkcə gülüş doğurmaq üçün deyil. Panahinin əsas ideyasını gücləndirir qəhrəmanlar və canilər hər zaman forma geyinən monumental fiqurlar deyillər. Ən böyük cinayətləri törədənlər, bu cinayətlərə dözənlər və sadəcə göz yumanlar günəşli bir şəhər küçəsində dostları və ailəsi ilə adi həyatlarını yaşayan insanlar ola bilər.
Panahi bu qorxunc, lakin insanı duyğulandıran müşahidələri sürətli və sadə bir cinayət macərası ilə təqdim edir. Festival bu həftəsonu başa çatdıqdan sonra, Kannın ən böyük mükafatı Qızıl Palma ilə İrana qayıda bilər.
Mənbə: Bbc news
Tərcümə etdi : Nigar Muştaqova
