Bu gün:

"Yaranan texniki və ya sistem xətaları istehlakçının xeyrinə həll edilməlidir"


24Media.az-ın budəfəki müsahibi marketoloq Müşfiq İskəndərovdur. O, marketlərdə kassa və rəflər arasındakı qiymət fərqlərinin əsas səbəblərindən və istehlakçı hüquqlarından danışıb. 

-Kassa və rəflər arasındakı qiymət fərqlərinə səbəb nədir? 

Bu hal dünyanın əksər ölkələrində avtomatik sistem xətaları və ya insanın manual müdaxiləsi nəticəsində baş verir. Bəzən bu vəziyyətdən sui-istifadə edən ticari markalar da olur. Həmçinin texniki nasazlıq səbəbilə də belə hallar yaşana bilər. Hüquqi baxımdan isə bu cür situasiyalar adətən birtərəfli tənzimlənir. Lakin qanunvericiliyin mahiyyəti dəyişməz olaraq qalır, istehlakçının hüquqları prioritet sayılır. Qiymət uyğunsuzluğu halında, müştərinin xeyrinə olan, yəni daha aşağı qiymət əsas götürülməlidir.

Bu gün dünya ticarəti müştəri loyallığı, istehlakçı hüquqlarının qorunması və daha yaxşı xidmət göstərmək mərhələsindədir. Belə bir mühitdə müştərinin maraqlarını nəzərə almamaq, onu aldatmağa cəhd etmək onu birdəfəlik itirmək deməkdir.

Azərbaycanda da xüsusilə qida və qeyri-qida sektorunda zəncir mağazaların sayı çoxdur. Bu rəqabətli bazarda müştəri itirmək olduqca asandır. Ona görə də markalar müştəri məmnuniyyətinə və etibara əsaslanan siyasət yürütməli, yaranan texniki və ya sistem xətalarını istehlakçının xeyrinə həll etməlidirlər. 

Çinarə Tarverdiyeva

Paylaş
Şərh əlavə et