Motorsport-un idarəetmə orqanı 2024-2025-ci maliyyə ili üçün 4,7 milyon avro gəlir əldə edib.
Yarış həvəskarlarının bir nömrəli istiqaməti olan motor idmanı həm də yüksək xərclər gətirir. Avtomobil idmanının himayədarı olan FİA son 5 ili itki ilə bağlayıb. Ancaq 2024-2025-ci maliyyə ili üçün gedişad əksinə olub.
Prezident Mohammed Ben Sulayem-in yeni maliyyə restrukturizasiyası qurumu zərərdən mənfəətə çevirib. Bu dövrdə ümumi əməliyyat gəliri 182 milyon avro olub. Bunun 4,7 milyon avrosu mənfəət olaraq qeyd edilib.
1 aprel 2024-cü ildən 31 mart 2025-ci il tarixinə qədər əməliyyat gəlirləri əvvəlki maliyyə ili ilə müqayisədə 26,7 milyon avro artıb. Bu, illik bazda 17 faiz artım deməkdir. FIA həmçinin qeyd edib ki, sözügedən maliyyə ilinin sonunda ödənilməmiş borcu yoxdur.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli
