Bu gün:

Elektron cihazların içərisindəki dövrə lövhələri niyə həmişə yaşıl olur?


Əslində, bu rəngin seçilməsinin arxasında bir çox tarixi, texniki və iqtisadi səbəblər dayanır.Elektron lövhələrin yaşıl olmasının səbəbi onları örtən qoruyucu qatran olan lehim maskasıdır.

Maska içəridəki mis dövrələri nəm və tozdan qorumaq üçün istifadə olunur. Əslində, kartın orijinal rəngi tutqun sarıya yaxın olsa da, bu yaşıl örtük həm onu qoruyur, həm də istehsal prosesində davamlılığını artırır.

Epoksi qatran əsaslı bu maska sayəsində lehimləmə zamanı yarana biləcək fiziki zədə, pas və qısaqapanma kimi risklər minimuma endirilir. Yaşıl rəng bu proseslərdə ən çox seçilən və ən balanslı nəticələri təmin edən piqment olaraq önə çıxır. Yaşıl piqment göz yorğunluğunu azaltmaq baxımından ən ideal rənglərdən biri kimi tanınır.

Köhnə keyfiyyətə nəzarət proseslərində mühəndislər elektron lövhələri bir-bir vizual olaraq yoxlayırdılar və insan gözü yaşıl işığa ən həssas şəkildə reaksiya verdiyi üçün səhvləri aşkar etmək daha asan olurdu. 

Bu əllə yoxlama üsulu artıq tətbiq edilməsə də, istehsal proseslərində vərdişlər dəyişməyib. Üstəlik, yaşıl lehim maskası hələ də avtomatik optik yoxlama sistemlərində üstünlük təşkil edir, çünki digər rənglərə nisbətən daha kəskin və aydın sərhədlər yarada bilir. İstehsal prosesi baxımından yaşıl lehim maskasının tətbiqi daha asan və sərfəlidir.

Fabriklərdə davamlı olaraq eyni rəngdən istifadə yağ əsaslı kimyəvi maskaların xarab olmasının qarşısını alır və istehsalı sürətləndirir. Avadanlıqları təmizləmək, yeni kimyəvi maddələr hazırlamaq və hər dəfə müxtəlif rənglər üçün ayrıca istehsal xətləri yaratmaq lazımdır ki, bu da həm vaxt, həm də vəsait itkisi deməkdir.

Bundan əlavə, daha az üstünlük verilən rənglər daha az istifadə edilir və onların saxlama müddəti qısalır ki, bu da həm israfa, həm də ətraf mühitə təhlükə yarada bilər. 

Elektron lövhələrdə yaşıl rəngin standartlaşdırılması 1954-cü ildə ABŞ ordusu tərəfindən aparılan sınaqlara gedib çıxır. Yaşıl rəngin ağ çap ilə ən yaxşı kontrastı təmin etdiyi və istehsal mühitlərində ən aydın təsviri təqdim etdiyi müəyyən edilmişdir. Bu xüsusiyyətləri sayəsində uzun illərdir üstünlük verilən rəngdir.

Mənbə: Onedio

Tərcamə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et