Bu gün:

Meyvə və tərəvəzlər xəstəliklərdən qoruyur


Xalq Sağlamlığı və Daxili Xəstəliklər Mütəxəssisi Dr. Emin Dinççağ bildirib ki, təzə tərəvəz və meyvələrin istifadəsi immunitet sistemini qoruyur və xəstələnmənin qarşısını alır. Yay mövsümünün ən əhəmiyyətli pulsuz sağlamlıq vasitəsi  günəş işığıdır. Ondan bol istifadə etməliyik.

Yay fəsli bir çox müalicəvi meyvə və tərəvəzlərin ən bol olduğu mövsüm kimi diqqət çəkir. Xalq Sağlamlığı və Daxili Xəstəliklər Mütəxəssisi Dr. Emin Dinççağ yay aylarının gəlməsi ilə qidalanma baxımından edilməsi lazım olan məsələlər haqqında bəzi məlumatlar verib. Sağlam həyat haqqında məlumat verən Dr. Emin Dinççağ: ”Yay insan sağlamlığı üçün ən vacib dövrlərdən biridir. Təzə tərəvəz və meyvələrin bolluğu, günəş işığından istifadə etməyimizin artması, günlərin uzanması ilə bağlı iş saatlarından kənarda daha çox vaxtın olması, açıq havada daha çox vaxt keçirmək və idman etmək yay fəslini digər fəsillərə nisbətən sağlam həyat üçün daha önə çıxarır. Təzə tərəvəz və meyvələrin istifadəsi immuniteti artırır və xəstəliklərdən qoruyur”. İnsan sağlamlığı üçün lazım olan bütün vitaminlərin təzə tərəvəz və meyvələrdə olduğunu qeyd edən Emin Dinççağ bildirib ki, insan sağlamlığı üçün lazım olan bütün vitaminlər, minerallar və antioksidantlar təzə tərəvəzlərdə var. Tərəvəz və meyvələr  orqanizmimizin ehtiyac duyduğu ən vacib vitamindir.

Xüsusi vurğulanmalıdır ki, təzə tərəvəz və meyvələrdən istifadə insanların immun sistemini qoruyan, xəstələnmələrinin qarşısını alan ən mühüm amillərdəndir. Tərkibləri ilə immunitet sistemimizi gücləndirən təzə tərəvəz və meyvələr həm də bağırsaq sağlamlığımız üçün lazım olan ən vacib lif mənbəyidir. Xüsusilə, bağırsaq xərçənginin qarşısını almaq üçün hər bir yetkin gündə ən azı 35 q lif qəbul etməlidir. Tərkibində lif olan qida məhsulları arasında tam taxıllarla yanaşı tərəvəz və meyvələr də mühüm lif qaynaqlarıdır. Yüksək xolesterolun müalicəsində lifli pəhriz də vacibdir. Yayda qidalanma və günəş işığının əhəmiyyətinə toxunan Dr. Dinççağ: “Ultrabənövşəyi şüalar bədənimiz üçün D vitamini mənbəyidir.  Bədənimizdə əmələ gələn D vitamininin aktivləşməsi və orqanizmə faydalı olması üçün günəş işığı lazımdır. Yay mövsümündə xüsusilə günəş şüalarının insan sağlamlığına daha az zərər verdiyi günorta saatlarından sonra qollarımızı, üzümüzü və ayaqlarımızı günəş işığına tutaraq D vitamini almağımız lazımdır. Bu proses üçün gündə 15 dəqiqə kifayətdir. Osteoporozlu və D vitamini az olanların bu mövzuya diqqət yetirməsi sağlamlıq baxımından çox faydalıdır. D vitamini insan orqanizmində hormon kimi fəaliyyət göstərən və insanın immun sistemini gücləndirən mühüm vitamindir. Sümük sağlamlığı üçün çox əhəmiyyətli faydaları var. Məlumdur ki, sağlam qidalanma xəstəliklərdən qoruyur və ömrü uzadır.  Gündəlik həyata idman və nizamlı yuxu əlavə etməklə daha sağlam və uzun ömürlü bir həyat mümkündür. Gündə ən az beş dəfə meyvə yemək, təzə meyvə-tərəvəz istifadəsi, qabığı soyulmuş meyvələri soymadan, lakin yaxşıca yuduqdan sonra yemək  faydalıdır. Meyvə şirəsi içmək yerinə meyvəni lətləri ilə birlikdə yemək daha faydalıdır. Meyvə yeyərkən qarışıq meyvələrdən istifadə etmək daha doğru olar. Şəkərli diabet xəstələrinə həkim tövsiyəsi ilə meyvələri normada qəbul etmələri tövsiyə olunur.  

Mənbə: CNN türk

Tərcümə etdi: Lalə Mənəfova



Paylaş
Şərh əlavə et