24Media.az-ın növbəti müsahibi təhsil eksperti Elçin Süleymanovdur. O, maliyyə savadlılığından danışıb.
Təhsil müəssisələrində maliyyə savadlılığı ilə bağlı hansı tədbirlər görülməli və proqramlar tətbiq olunmalıdır?

Əvvəl maliyyə savadlılığı ilə əlaqədər orta məktəblərdə iqtisadiyyat dərsi keçirilirdi. Düşünürəm ki, buna bənzər fənnin tədris edilməsi daha yaxşı olardı. Qərb məktəblərində “Ev İqtisadiyyatı” adlanan fənn keçilir. Bu fənn, xüsusilə, şagirdlərə şəxsi büdcələrinin idarə edilməsini, ailə büdcəsinə qənaət və pulun dəyərinin qorunması barəsində mövzuları öyrədir. Eyni zamanda, şagirdlər öz büdcələrinin planlamasına, xərclənməsinə, həmçinin gələcəkdə necə investisiyalar edəcəklərini öyrədirlər. Düşünürəm ki, belə dərs şagirdlərə maliyyə savadlılığı aspektindən faydalı olar. Çünki bu dərs şagirdlərə iqtisadiyyatın idarə edilməsi, bankla əlaqəli hesabların güvənliyin qorunması, dələduzlara qarşı maddi vəsaitlərinin itirlməsinin önünə alınması cəhətdən onlara zəruri məlumatlar öyrədir. Eyni zamanda, şagirdlərə kredit, kreditdən isitfadə bank vəsaitinin effektiv istifadəsi, istehlak kreditləri və faiz hesabları öyrədilsə, faydalı olar.
Amin Həsənli
