Bu gün:

“İnsan özünü nə qədər çox inkişaf etdirirsə…”


24Media.az-ın növbəti müsahibi ailə və uşaq psixoloqu Aynur İsmayılovadır. O, emosional intellektin zəif olmasının gündəlik həyatda yaratdığı çətinliklərdən danışıb.


Emosional intelektin zəif olması insanlarda gündəlik həyatda nə kimi çətinliklər yaradır?
 


Emosional intellekt həm özünü anlama, həm də qarşı tərəfi qəbul edib anlamaqdır. İnsan özünü nə qədər çox qəbul edib, səhv, düzləri ilə barışır, sağlam şəxsiyyətini formalaşdırırsa, qarşı tərəfi anlaya bilir. Səhvləri görüb bağışlaya bilir, çünki özünün də səhvlər edə biləcəyini qəbul etdiyi üçün qarşı tərəflə çox yaxşı əlaqə qura bilir. Bu, müxtəlif sahələrdə də özünü göstərir.


Emosional intellekti yüksək olan insanlar çox vaxt özünü inkişaf etdirən insanlar olur. İnsan özünü nə qədər çox inkişaf etdirirsə, bir o qədər də kamilləşir və qarşı tərəfi anlama, onu olduğu kimi qəbul etmə dərəcəsinə gəlib çatır. Emosional intellekti zəif olan insanlar gündəlik həyatda çox çətinliklər çəkir. Onlar disiplin və mükəmməliyyətçilik məsələlərində qarşı tərəfə özləri də hiss etmədən ziyan vururlar. İnsanlar hiss etmədən ətrafındakılardan uzaqlaşırlar. Emosional intellekti inkişaf etdirmək üçün insan özünü inkişaf etdirməli, müxtəlif sosial tədbirlərdə iştrak etməli və səhv etməkdən qorxmamalı, səhvlərini qəbul etməli, eyni zamanda qarşı tərəfi qəbul etməlidir. 

Amin Həsənli



Paylaş
Şərh əlavə et