Trendyol Super Liqasının 36-cı həftəsində mövsümün bitməsinə 2 həftə qalmış "Bellona Kayserispor"u 3:0 hesabı ilə məğlub edərək çempionluq qazanan "Qalatasaray"ın baş məşqçisi Okan Buruk yeni mövsümdə hədəflərini artıracaqlarını bildirib.
Okan Buruk matçdan sonra mətbuata açıqlama verib.
Təcrübəli çalışdırıcı 5-ci ulduzu formalarına taxdıqlarını bildirib və bunları deyib:"Hörmətli Fatih Terimə və ilk 2 ulduzu qazanan futbolçulara təşəkkür etmək istəyirik. Biz də bunu davam etdirməyə çalışdıq. Meydanda "Qalatasaray" ruhunu və mövqeyini göstərməyə çalışdıq. 4 gündə 2 kubok qazandıq. Biz də azarkeşləri nə qədər sevdiyimizi göstərməyə çalışdıq. İnşallah, gələn il hədəfimiz növbəti çempionat olacaq, Türkiyə kuboku olacaq və Avropada uğurlarımıza bir az da davam edəcəyik.
“Qalatasaray” bu gün oynadığı oyunla çempionluğa nə qədər layiq olduğunu bir daha göstərdi, buna görə də prezidentimizə, idarə heyətimizə və komandaya cavabdeh olan menecerlərə hər zaman yanımda olmaq çox dəyərlidi”.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli
