Artıq 16 yaşdan kiçik istifadəçilər valideyn icazəsi olmadan Instagramda canlı yayım funksiyasından istifadə edə, həmçinin onlar şəxsi mesajlarda avtomatik tutqunlaşdırmanı söndürə bilməyəcəklər.
Amerikanın texnoloji şirkəti Meta instagram platformasında "Teen Accounts" ilə bağlı yenilikləri açıqlayıb. Açıqlamada 16 yaşından kiçik istifadəçilərin valideyn icazəsi olmadan “canlı yayım" funksiyasından istifadə edə və şəxsi mesajlarda “avtomatik bulanıqlaşdırma” funksiyasını söndürə bilməyəcəkləri bildirilib.
Həmçinin qeyd olunub ki, “Yeniyetmə hesabları” funksiyası “Facebook” və “Messenger”də də genişləndiriləcək.
Yeniliklərin bir neçə ay ərzində ilk olaraq ABŞ, İngiltərə, Kanada və Avstraliyada sınaqdan keçiriləcəyi də paylaşılıb.
Mənbə: NTV
Tərcümə etdi: Mina Yadigarlı
