Bu gün:

Fotodan video çıxaracaq Galaxy Sİ xüsusiyyəti hazırlanıb


Galaxy Sİ-də hərəkətsiz şəkildən avtomatik video yaratmağa imkan verən yeni funksiyanın sınaq mərhələsində olduğu məlum olub. Bu yenilik Android istifadəçiləri üçün süni intellektin gündəlik istifadəsində önəmli addım sayıla bilər.

Fotoşəkillərdən animasiyalı video səhnələrin yaradılması dövrü başlayır

Məlumata görə, Samsung bu funksiyanı inkişaf etdirmək üçün “Google”un güclü süni intellekti olan Gemini ilə sıx əməkdaşlıq edir. Qısa videolar yaratmaqda təsirli olan bu model uzun animasiyalar və şəkillər arasında səhnə keçidləri yaradaraq istifadəçi təcrübəsini zənginləşdirir.


Bu texnologiya sayəsində, məsələn bir bayram fotosu fonda yüngül külək, uçan quşlar və təbii səhnə keçidləri ilə videoya çevrilə bilər. Süni intellekt şəkli təhlil edərək onu dinamik video hekayəyə çevirəcək.


Galaxy telefonlarına One UI 8 yenilənməsi gələ bilər

Yeni video yaratma funksiyasının “Samsung”un One UI 8 yeniləməsi ilə istifadəyə veriləcəyi gözlənilir. Rəsmi təqdimat tarixi açıqlanmasa da, sızmalara görə bu xüsusiyyətin yayda təqdim olunması planlaşdırılır.


Galaxy Sİ ekosisteminə daxil ediləcək bu funksiya, xüsusilə, sosial media məzmun yaradıcıları, mobil video redaktorları və yaradıcı istifadəçilər üçün böyük rahatlıq yaradacaq. Artıq tək bir kadrdan kreativ video məzmun yaratmaq bir neçə kliklə mümkün olacaq.


Samsung və google tərəfdaşlığı güclənir

“Samsung”un Google Gemini AI ilə bu layihə üzərində işləməsi texnologiya nəhəngləri arasında əməkdaşlığı daha da möhkəmləndirir. Artıq Galaxy cihazlarında standart virtual köməkçi olan Gemini yalnız məlumat təqdim etməklə kifayətlənməyib, media istehsalında da aktiv rol oynamağa başlayır.


Bu inkişaf smartfonlarda süni intellektə əsaslanan məzmun istehsalının yeni bir mərhələyə keçdiyini göstərir. Artıq qurğular yalnız əmrlərə cavab verməyəcək, eyni zamanda istifadəçi üçün vizual məzmun da yarada biləcək.


Mənbə: Fikrimucit


Tərcümə etdi: Səidə Əsədli


Paylaş
Şərh əlavə et