
Dırnaq dişləməsi uşaqlarda və yeniyetmələrdə geniş yayılıb. Uşaqların 20-33%-də və yeniyetmələrin, demək olar ki, 45%-də buna rast gəlinir. Problem yetkinliyə yaxınlaşdıqca əhəmiyyətli dərəcədə azalsa da, bəziləri üçün təəssüf ki, davam edir. Həkim, psixiatr Tuba Ərdoğan bu barədə məlumat verib.
Dırnaq yemənin səbəbləri nələrdir? Tədqiqatlar bu davranışın aşağıdakı ümumi səbəblərini müəyyən etdi:
- Qıcıqlanma: stress və narahatlıq səbəbilə. Bu vəziyyətdə, sinir sisteminə sakitləşdirici təsiri səbəbindən dırnaqları dişləmək müvəqqəti olaraq cəlbedici gəlir.
Duyğular: duyğusal quruluşumuz niyə dırnaqlarımızı dişləməyə meyilli olduğumuzun ayrılmaz hissəsidir. Ölüm və ya boşanma kimi çox travmatik həyat hadisələrinin yaratdığı ağrıdan əlavə, utancaqlıq və özünü aşağı görmək də təsirli ola bilər.
Mükəmməllik: yuxarıda müzakirə edildiyi kimi, bu xüsusiyyətə sahib insanlar cansıxıcılığa və məyusluğa qarşı aşağı tolerantlıq göstərirlər və bu, dırnaq yeməklə yumşalır.
- Cansıxıcılıq: hərəkətsizliyə görə daha yaxşı bir şey tapmaq istəyinə görə edirlər.
- Təqlid: yetkinlərin davranışlarını kopyalayan uşaqlar – psixosomatika: Bu, tez-tez aqressiv ailələrdə görülür.
Dırnaq yemə psixologiyası
Dırnaq dişləməsi ilə əlaqəli psixi sağlamlıq şərtləri ciddi
emosional təcrübə, depressiya və narahatlığı əhatə edə bilər. Uşaqlarda dırnaq
dişləməsi ilə əlaqəli ümumi zehni vəziyyətlər diqqət çatışmazlığı hiperaktivlik
pozğunluğu, qarşıdurma və ayrılıq narahatlığı
pozğunluğudur. Bundan əlavə, böyük depresif bozğunluq, Tik pozulması,
obsessif-kompulsif pozulmasının formaları, enurez (istər-istəməz sidik ifrazı),
zəka geriliyi, yayılmış inkişaf pozulması və bəzən ümumiləşdirilmiş anksiyete pozulması
və panik pozulması da bəzi digər əlaqəli xəstəliklərdir.
Aşağıdakı kimi görünən dırnaq dişləmə təsnifatı sistemi var;
- Bunu fərqinə varmadan edən
- Narahatlığı idarə etmək
- Diqqəti cəlb etmək
Müalicə necə olur?
Davranış terapiyası: Terapiya, tez-tez dırnaq dişləməsi ilə
müşayiət olunan utanc və mənfi duyğuları aradan qaldırmağa kömək edə bilər. Həm
də hiss etdiyiniz tətikləyicilər və çağırışları daha yaxşı başa düşməyinizə
kömək edə bilər. Bəzi hallarda vərdişləri geri qaytarmaq üçün təlim və ya
Hipnoterapiya təsirli olur.
Özünə qulluq və rahatlama: özünə qulluq — müntəzəm yemək, daha çox hərəkət, çox yuxu — özünüzü daha sakit, daha inamlı və daha sabit hiss etməyinizə kömək edir, sağalmaq üçün güc verir.
Dırnaqlarınızı dişləmək güclü bir istəyi təmin edir, buna görə düşüncə, yoqa zehni sakitləşdirmək və motivasiyanın yaratdığı gərginliyi aradan qaldırmaq üçün tövsiyə olunur.
Mənbə: Cnntürk
Tərcümə etdi: Aysu Əsədova
