Texnologiya dünyasında yenidən gündəmə gələn Apple və Epik Games mübahisəsi Fortnayt-ın iOS platformasında yenidən bloklanması ilə davam edir.
Apple ilə hüquqi mübarizədə qalib gələn Epik Games bu uğurla birlikdə ABŞ App Store-da xarici ödənişlərə icazə verilməsini təmin edib. Bu qərardan sonra Epik Games, Fortnayt-ı 9 may 2025-ci ildə ABŞ App Store-a yenidən təqdim etməyə çalışıb.
Lakin Apple təqdimatı qəbul etməyib və bir həftəlik gecikmədən sonra Epik Games yeniləməni geri çəkib. Şirkətin CEO-su Tim Swiney-nin açıqlamasına görə, Fortnayt hər həftə yeni məzmunla yeniləndiyindən bütün platformalarda eyni vaxtda yenilənməlidir. Buna görə təqdimat təxirə salınıb.
14 may 2025-ci ildə Epik Games yenilənmiş məzmunla Fortnayt-ı yenidən Apple-a təqdim edib. Lakin Epik Games-in X (keçmiş Twitter) platformasında verdiyi məlumata görə, Apple bu təqdimatı da bloklayıb. Nəticədə, şirkət tətbiqi nə ABŞ, nə də Avropa İttifaqı App Store-larında yayımlaya bilmir.
Epik Games tərəfindən edilən açıqlamada bildirilir:
“İndi təəssüf ki, Apple bloklamanı aradan qaldırana qədər iOS-da Fortnayt bütün dünyada oflayn olacaq".
Hazırda milyonlarla iOS istifadəçisi Fortnayt-ın geri dönməsini gözləyir. Şirkətlər arasında gərginliyin necə nəticələnəcəyi isə hələlik məlum deyil.
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə
