Bu gün:

Yoqa xərçəngin təkrarlanma riskini azalda bilər


Mütəxəssislər yoqanın xərçəngdən xilas olan insanlarda xəstəliyin təkrarlanmasına qarşı faydalı ola biləcəyini irəli sürürlər.

ABŞ-nin Rochester Universitetində aparılan bir araşdırmaya görə, bir ay ərzində həftədə iki dəfə yoqa etmək xərçəngdən sağalan xəstələrdə iltihabı əhəmiyyətli dərəcədə azaldıb.

Times xəbər verir ki, Çikaqoda Amerika Klinik Onkologiya Cəmiyyətinin illik toplantısında təqdim olunan araşdırmada 500-dən çox xəstə iştirak edib, onların əksəriyyəti döş xərçəngindən sağ qalan qadınlar olub.

İştirakçılardan dörd həftə ərzində həftədə iki dəfə 75 dəqiqəlik yoqa dərslərinə qatılmaları və ya özlərinə necə qulluq etmələri barədə sağlamlıq fəaliyyətlərinə  eyni dərəcədə vaxt ayırmaları istənilib.

İltihabı azaltdı

Dörd həftədən əvvəl və sonra qan nümunələri götürülub və yoqa qrupunun qanında iltihab markerlərinin sayı məşq qrupuna nisbətən xeyli aşağı olub.

Aparıcı tədqiqatçı Karen Mustian digər araşdırmaların Yoqanın yuxusuzluq kimi problemlərlə xərçəng xəstələrinə kömək etdiyini və qrupunun bunun arxasındakı biologiya haqqında daha çox məlumat əldə etmək niyyətində olduğunu söyləyib.

“İltihab xərçəngdə görmək istəmədiyimiz hər şeyin mərkəzindədir. Beləliklə, xərçəngin özünü təşkil edir. Tədqiqatlar göstərir ki, yoqa ilə məşğul olmağı seçsəniz, bu, təlimatçı dərslərindən daha çox iltihabı azaltmağa kömək edəcək”-, deyə o qeyd edib.

Mənbə: Sözcü

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et