Amerika futbolu 2028-ci ildə Olimpiya oyunlarında debüt edəcək.

NFL komandalarının sahibləri oyunçularının Olimpiadada iştirak edib-etməyəcəyinə qərar vermək üçün görüşəcəklər.
Amerika futbolu ilk dəfə 2028-ci ildə Los-Ancelesdə Olimpiya proqramına daxil ediləcək. Olimpiadaya "bayraq futbolu" adı ilə daxil olan bu idman növü üçün ən əhəmiyyətli oyunçu mənbəyi Amerika Liqası NFL-dir. Bununla belə, NFL komandalarının sahibləri oyunçularının Olimpiadada iştirak edib-etməyəcəyinə hələ qərar verməyiblər.
NFL rəhbərliyi oyunçuların Olimpiadada iştirakı ilə bağlı təklif yayıb. 32 NFL komandasının sahibləri təklifi müzakirə etmək üçün gələn həftə görüşəcəklər.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli
