Giro d'Italia yarışının altıncı mərhələsi sürüşkən yolda baş verən şiddətli qəza ilə yadda qalıb.
Qəzaya görə qərara alınıb ki, yalnız mərhələ qalibiyyəti nəzərə alınsın.
108-ci Giro d'İtalia (Giro) yarışının 6-cı mərhələsi çətin keçib. Potensa ilə Neapol arasında 227 kilometrlik mərhələnin bitməsinə 70 kilometr qalmış baş verən qəza xaosa səbəb olub.
Jai Hindley yaş yolda sürüşdükdən sonra çoxlu velosipedçi kimi yerə yıxılıb. Hindli xəstəxanaya aparılarkən, qəzaya düşən velosipedçilər yarışdan çəkilmək məcburiyyətində qalıblar.
Qəza yerinə təcili yardım maşınları gəlib. Velosipedçilərin təhlükəsizliyini nəzərə alaraq, yalnız mərhələdə qalibiyyət nəzərə alınacağı bildirilib. Vaxt bonusları ilə xalların paylanmaması qərara alınıb. O, finişə 60 kilometr qalmış yarışa yenidən başlayıb.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli
