Bu gün:

Formula 1-də növbəti dayanacaq: Emiliya-Romanya


Formula 1 üzrə dünya çempionatında həyəcan mövsümün yeddinci mərhələsi olan Emiliya-Romanya Qran Prisi ilə davam edəcək.

İtaliyanın İmola şəhəri yaxınlığındakı 4,9 kilometrlik Enzo və Dino Ferrari beynəlxalq trasında keçiriləcək yarış 63 dövrədən çox olacaq. Seçmə mərhələlər sabah Türkiyə vaxtı ilə saat 17:00-da, yarış isə mayın 18-i bazar günü Türkiyə vaxtı ilə saat 16:00-da başlayacaq.

Mövsümün ilk altı yarışında McLaren komandasının sürücüsü Oskar Piastri dörd dəfə qalib gəlib, onun komanda yoldaşı Lando Norris və Red Bull-un çempion pilotu Maks Ferstappen isə hərəsi bir yarış qalibi olub.


Mənbə: TRT Haber

Tərcümə etdi: Səbuhi Əzənmədli

Paylaş
Şərh əlavə et