Bu gün:

Ecazkar tikililəri ilə seçilən Mardin evləri



Mardin özünəməxsus quruluşuna görə təkcə Cənub-Şərqi Anadolunun deyil, həm də qardaş Türkiyəninən ecazkar şəhərlərindən biridir.


Şəhər Mazı dağlarının (Masius) cənub yamaclarında, şərqdən qərbə doğru uzunluğu 2500 və eni 500 m olan ərazidə yerləşir.

Qaladan və qarşı tərəfdən baxanda Mardinin evləri üst-üstə yığılmış kimi görünür. Təbii şəkildə yarandığı üçün şəhərə özünəməxsus görkəm verir.


Qala ətəyindən başlayaraq düzənliyə doğru terraslar şəklində enən ağ evlər ətrafın meşəlik görünüşü ilə maraqlı ziddiyyət yaradır.


Mardində taxta materialların istifadə olunmaması mardinlilərin daş ustalığı ənənəsinə ciddi riayət etməsindən qaynaqlanır. Bu ənənə o qədər möhkəmlənib ki, bu gün də beton konstruksiyaların istifadə edilməsi onlara qəribə görünür.


Mənbə: Habertürk

Tərcümə ertdi: Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et