Bu gün:

İstanbulun mədəniyyət mərkəzi


Bomontiada sənət sərgiləri, açıq hava konsertləri, bar və restoranları ilə mədəniyyət mərkəzinə çevrilmiş məşhur bir pivə fabrikasıdır. İstanbulun Şişli rayonunda yerləşən Bomontiada şəhərin mərkəzində, tarixi Bomonti Pivə Fabrikasının yenidən bərpası ilə yaradılmış layihə və yaşayış məkanıdır.

Bomontiada köhnə pivə fabrikinin bərpası ilə İstanbulun Avropa hissəsində, Şişli rayonunda yerləşən ən məşhur sosiallaşma məkanlarından biridir. İşdən, məktəbdən çıxanların, həftə sonları evdə qalmaq istəməyənlərin üstünlük verdiyi populyar bir məkandır.

Bomontiada Osmanlı dövründə fabrik səviyyəsində pivə istehsal edən ilk müəssisədir. Bu pivə fabrikası təkcə istehsalçı deyil, həm də pivə mədəniyyətini təbliğ edən bir mədəniyyət elçisidir. “Bomonti Pivə Bağçaları” adı altında Almaniya, Avstriya, Belçika, Hollandiya kimi ölkələrdə geniş yayılmış “biergarten” – pivə bağçaları açaraq pivə mədəniyyətini tanıdıb. 1912-ci ildə Bomonti rəqibi olan Nektar ilə birləşərək “Bomonti-Nektar” adını alıb. Bundan başqa, İzmir şəhərində rakı fabriki açaraq, Cümhuriyyət öncəsi içki bazarında rəqiblərinə yer verməyib.

1934-cü ildə milliləşdirmə siyasəti nəticəsində fabrika Tekel-ə verilib. Tekel pivənin keyfiyyətini qorumağa çalışsa da, 1960-cı illərdə güclü özəl rəqiblər ortaya çıxıb. 1991-ci ildə “Tekel Pivəsi” istehsal edən fabrika tamamilə bağlanıb, daha sonra Efes Pilsen “Bomonti” markasını yenidən dirçəldib. 2015-ci ildə isə Doğuş Qrupu fabrikanı mədəniyyət kampusuna— Bomontiada-ya çevirib.

Mənbə: Onedio

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et