Bu gün:

​ABŞ-də istehsalçı inflyasiyası aprel ayında yavaşlayıb.


Əmək Nazirliyinin açıqladığı məlumatlara görə, İstehsalçı Qiymətləri İndeksi (İQİ) aprel ayında əvvəlki aya nisbətən 0,5% azalıb. Bu, 2023-cü ilin oktyabrından bəri aylıq ilk azalma olub, halbuki bazar 0,2% artım gözləyib. Mart ayında isə dəyişiklik olmayıb.

İllik müqayisədə isə İQİ 2,4% artaraq 2024-cü ilin sentyabrından bəri ən aşağı səviyyəyə çatıb. Bazar gözləntisi 2,5% artım olub, martda isə illik artım 3,4% təşkil edib.

Qida və enerji qiymətləri xaricində olan baza İQİ aprel ayında aylıq 0,4% azalıb, illik isə 3,1% artıb. İllik baza inflyasiyası gözləntilərə uyğundur, lakin aylıq artım üçün 0,3% proqnozlaşdırılıb.

Mənbə: CNN

Tərcümə etdi: Ətirə İbayeva 


Paylaş
Şərh əlavə et