Apple Watch uzun illərdir Apple-ın ən güclü taxıla bilən cihazıdır. Lakin 2024-cü ildə satışlar ardıcıl ikinci il azalıb və əvvəlki illə müqayisədə 19% düşüb.
Apple Watch satışlarında nəzərəçarpacaq azalma
“Apple Watch”un satışları 2021-ci ildə zirvəyə çatıb. Həmin il təqdim edilən modellərdəki qabaqcıl sağlamlıq və fitnes funksiyaları sayəsində satışlar 27% artıb.
Lakin 2022-ci ildən etibarən bu yüksəliş dayanıb. Azalma 2023-də başlayıb və 2024-də də davam edib. Son məlumatlara görə, satışlar bir il ərzində təxminən beşdə bir azalıb. Bu, Apple-ın bu bazarda ciddi çətinliklərlə qarşılaşdığını göstərir.
Apple Watch istifadəçiləri niyə yeni modellərə üstünlük vermirlər?
Apple Watch istifadəçilərinin yeni modellərə keçməməsi Apple üçün ciddi problemə çevrilib. Bunun əsas səbəbləri bunlardır:
1) Dizaynda köklü dəyişikliklər yoxdur;
2) Yeni modellərdə nəzərəçarpacaq texnoloji yenilik yoxdur;
3) İstifadəçi təcrübəsi, əsasən, eyni qalır;
4)Qiymətlər yüksək olaraq qalır.
Bu səbəblərdən bir çox istifadəçi hazırda sahib olduqları Apple Watch modellərindən istifadə etməyə davam edir və yeni modellərə keçməyə ehtiyac duymurlar.
“Apple Watch”un gələcəyi: liderlik davam edəcək mi?
Apple Watch hələ də bazarda əsas oyunçulardan biridir. Lakin satışların ardıcıl azalması, onun bu sahədəki liderliyini qoruyub saxlaya bilməyəcəyinə dair suallar doğurur.
“Apple”ın bu sahədə gücünü qorumaq üçün aşağıdakı addımları atacağı gözlənilir:
Dizaynda innovativ addımlar;
Süni intellektin inteqrasiyası;
Sağlamlıq və fitness izləmə üçün daha təkmil sensorlar;
Daha uzun batareya ömrü;
Qiymət-performans balansının yenidən nəzərdən keçirilməsi.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
