Apple bu il cihazlarına bir sıra yeni əlçatanlıq funksiyaları əlavə edəcəyini elan edib.
Əsas yeniliklərdən biri olan "Accessibility Nutrition Labels" App Store-dakı tətbiq və oyunlar haqqında daha ətraflı məlumat təqdim edəcək. Eyni zamanda, "Braille Access" aləti iPhone, iPad, Mac və Apple Vision Pro cihazlarını braille qeydləri üçün istifadə edilə bilən qurğulara çevirəcək.
Apple həmçinin "Accessibility Reader" adlı sistem miqyasında oxuma rejimi, Apple TV üçün yeni əlçatanlıq tətbiqi olan Assistive Access, paylaşılması mümkün əlçatanlıq ayarları və Live Listen, Background Sounds, Personal Voice və Vehicle Motion Cues kimi funksiyalarda yeniliklər təqdim edəcək.
Bu təkmilləşdirmələr, Apple-ın əlilliyi olan istifadəçilərə proqram təminatında rahatlıq yaratmaq məqsədilə Sinxron adlı startup ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir.
Bundan əlavə, The Wall Street Journal yazır ki, Apple "Switch Control" adlı yeni bir protokol üzərində də çalışır. Bu texnologiya, beyin implantları vasitəsilə toplanan sinir siqnalları ilə iPhone və digər cihazların idarəsini mümkün edəcək.
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə
