Almaniyanın Würzburg Universitetində çalışan tədqiqatçılar arıların bir-biri ilə “rəqs dili” vasitəsilə necə ünsiyyət qurduğunu öyrənərək, bu davranışı süni intellektlə təqlid etməyə nail olublar. Araşdırma qrupu xüsusi robot-arı hazırlayıb və bu robot arı, real arıların istifadə etdiyi “rəqs” siqnallarını təqlid edərək onlara müəyyən yerlərdə yemək olduğunu çatdırıb. Maraqlısı budur ki, real arılar bu siqnallara inanaraq göstərilən istiqamətə doğru hərəkət ediblər.

Bu kəşf təkcə arıların davranışlarını daha dərindən anlamağa imkan yaratmır, həm də gələcəkdə ekosistemin qorunması və kənd təsərrüfatının məhsuldarlığının artırılması üçün yeni texnologiyaların inkişaf etdirilməsinə təkan verə bilər. Tədqiqatçılar hesab edirlər ki, belə robotlar gələcəkdə tozlanma proseslərinə kömək edə və arı koloniyalarının idarəsini asanlaşdıra bilər.
Mənbə: Today.com
Tərcümə etdi: Aysel Şıxməmmədova
