Bu gün:

Menopoz dövrünü rahat keçirmək üçün nələrə diqqət etmək lazımdır?


Menopoz dövründə nəzərə alınacaq faktorlara əməl etməklə sağlam, dinc və rahat bir dövr keçirmək mümkündür. Doğum və ginekologiya üzrə mütəxəssis olan Op. Dr. Meral Sönmezer mövzu ilə bağlı əhəmiyyətli məlumatlar verib.

Sağlamlıq bağlı yoxlamalarınıza qarşı laqeyd yanaşmayın

Menopoz zamanı yarana biləcək bəzi xəstəliklərin erkən diaqnozunu qoymaq üçün həkim müayinələrini qaçırmamaq çox vacibdir. Osteoporoz, ürək-damar xəstəlikləri, süd vəzi və uşaqlıq yolu xərçəngi təhlükələrinə qarşı ortoped, kardioloq və ginekoloq müayinələrinə qarşı laqeyd yanaşmayın. Mütəmadi olaraq ginekoloji müayinələrdən, mammoqrafiyadan, PAP Smear testindən, qaraciyər, ürək və böyrək funksiyası testlərindən, sümük rezorbsiya testləri kimi sağlamlıq yoxlamalarından keçməyə çalışın.

Lazım gələrsə, Hormon Terapiyasından (HRT) dəstək alın

Menopoz zamanı estrogen hormonunun azalması səbəbindən bəzi fiziki və psixoloji dəyişikliklər baş verir. HRT adlanan hormondan terapiya, isti basmalar, tərləmə, yuxu pozğunluqları, vaginal quruluq, sidik yolları xəstəlikləri və menopozun yaratdığı psixoloji problemlərin təsirlərini azaltmaq üçün istifadə olunur. Bunlara əlavə olaraq hormon terapiyası ilə osteoporoz və əlaqəli sümük qırıqları, ürək-damar xəstəlikləri və alzheimer riskini də əhəmiyyətli dərəcədə azalır.

Sağlam və balanslı şəkildə qidalanmağa çalışın

Menopozun səbəb olduğu şikayətlərə, əsasən, bədəni formada saxlamaq üçün qadınlar balanslı və sağlam qidalanmalıdırlar. Menopoz dövründə müxtəlif qidalanma proqramları yaradılmalı, vitamin-mineral balansına diqqət yetirilməli, tərkibində kalsium yüksək olan qidaların qəbulu artırılmalıdır. Bundan əlavə, kofein, soda, spirt, yağ və duz qəbulu məhdudlaşdırılmalıdır. Sağlam qidalanma vərdişi əldə etmətin nəticəsində osteoporoz və ürək-damar xəstəlikləri kimi uzunmüddətli riskləri minimuma endirə bilir. Eyni zamanda, nizamlı və sağlam qidalanmaq sonrakı yaşlarda çəki artımına qarşı mübarizədə kömək edir.

Maye qəbulunuzu artırmağa çalışın

Menopoz zamanı gündəlik maye qəbulu çox vacibdir. Tərləmələrinqarşısını almaq, böyrəklərin işləməsini təmin etmək və çəki artımını idarə etmək üçün gündə ən az 2 litr su qəbul edilməlidir. Qazlı içkilərdən və hazır meyvə şirələrindən uzaq durulması lazım olan bu dövrdə adaçayı, şüyüd, cökə, yaşıl çay, kəklikotu, çobanyastığı və limon balzamı kimi çayların qəbul edilməsi daha faydalıdır.

Mənbə: CNN Türk

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et