1979-cu ildə Braziliyanın Serra Pelada qızıl mədənində kiçik bir qızıl külçəsinin aşkar edilməsi ilə vəziyyət köklü şəkildə dəyişib.
Bu tapıntı mədənin şöhrətini bütün ölkəyə yayıb və Braziliyanın hər yerindən on minlərlə mədənçi buraya sərvətlərini axtarmağa gəlib. Böyük miqdarda insanın toplanması sərt həyat şəraiti və çoxsaylı münaqişələrə səbəb olub. Qətllər müntəzəm olaraq baş verib. Bunlar həm qızıl tapıntıları üzərində mübahisələr, həm də su və yemək kimi həyati ehtiyacların çatışmazlığı səbəbindən meydana gəlib.
Zamanla mədənçilər qızıl axtarışında daha dərinliyə enməyə başlayıblar və bunun nəticəsində öz yeni mədənlərini yaratdıqca, bu mədənlər tez-tez çöküb, nəticədə yüzlərlə insan diri-diri basdırılaraq həyatını itirib. Mədənə axın edən insanların sayı o qədər çox olub ki, burada həm iqtisadi, həm də sosial fəsadlar meydana gəlib. Bu isə qızıl axtarışının yaratdığı təhlükəli və qeyri-sabit şəraitin daha da pisləşməsinə səbəb olub.
Mənbə: Another History
Tərcümə etdi: Səid Quliyev
