Elon Musk Yer kürəsinin gələcəyi ilə bağlı diqqətçəkən açıqlamalar verib. Günəşin zamanla genişlənəcəyini və nəticədə Yer kürəsini yaşanmaz hala gətirəcəyini ifadə edən Mask bəşəriyyətin həyatda qalması üçün Marsda məskunlaşmalı olduğunu söyləyir. Maskın sözlərinə görə, Marsa köçmək sadəcə kəşfiyyat deyil, bəşəriyyətin uzunmüddətli varlığı üçün zəruridir.
SpaceX-in qurucusu və baş icraçı direktoru Elon Musk bildirib ki, Marsda məskunlaşma bəşəriyyətin gələcəyi üçün vacibdir.
Maskın fikrincə, Yer sonsuza qədər yaşamaq üçün yararlı olmayacaq və Günəş zamanla genişləndikcə bütün canlılar yox olacaq. Beləliklə, Mars kollektiv həyat üçün bir növ “sığorta” rolunu oynaya bilər.
Musk, qarşıdakı 20 il ərzində Marsda 1 milyon insana ev sahibliyi edəcək, özünü təmin edən bir şəhər qurmağı hədəfləyir. O bildirib ki, insanlar yox olmaqdan xilas olmaq üçün başqa planetlərə köçməlidirlər.
Marsa köçməyi iqtisadi cəhətdən mümkün hala gətirmək istəyən Musk, inkişaf etdirdikləri Starship raketlərinin dəyərinin 8 milyon lirə civarında olacağını bildirir. Bu, NASA -nın 1,6 milyard funt sterlinq olan buraxılış dəyərindən xeyli aşağıdır. SpaceX, bu il iki dəfə sınaqdan keçirilən Starship raketi ilə Marsa pilotsuz uçuşlar həyata keçirməyi və müvəffəqiyyətli olarsa, dörd il ərzində insanlı missiyaları həyata keçirməyi planlaşdırır.
Starship indiyədək səkkiz dəfə suya buraxılıb. 2025-ci ildə iki sınaq missiyasının hər biri qismən uğurlu oldu. Raketin ilk mərhələsi olan "Super Heavy" yaxşı çıxış edib, lakin yuxarı pillə qalxdıqdan qısa müddət sonra partlayıb, SpaceX hazırda növbəti buraxılışa hazırlaşır.
Mənbə: Onedio
Tərcümə etdi: Mina Yadigarlı
