Bu gün:

ABŞ: Səudiyyə Ərəbistanı ilə 142 milyard dollarlıq silah satışı müqaviləsi imzalanıb


ABŞ və Səudiyyə Ərəbistanı arasında təxminən 142 milyard dollar dəyərində "tarixin ən böyük silah satışı müqaviləsi"nin imzalandığı açıqlanıb. Müqaviləyə əsasən, Səudiyyə Ərəbistanı ABŞ-nin müdafiə şirkətlərinin ən müasir döyüş texnikası və xidmətləri ilə təmin olunacaq.


Yaxın Şərq turu çərçivəsində Səudiyyə Ərəbistanına səfər edən ABŞ prezidenti Donald Tramp bu ölkəyə 600 milyard dollar sərmayə yatıracağına dair öhdəlik götürüb. Ağ Evdən verilən açıqlamada, bu çərçivədə edilən ilk razılaşmaların ABŞ-nin enerji təhlükəsizliyini, müdafiə sənayesini, texnologiya liderliyini, qlobal infrastrukturunu və kritik minerallara çıxışını gücləndirəcəyi bildirilib. Bəyanatda qeyd olunub ki, sazişlər hər iki ölkə üçün tarixi və transformativ olub, ABŞ və Səudiyyə Ərəbistanı arasında tərəfdaşlığın yeni “qızıl dövrü”nü təmsil edir.


Mənbə:TRT HABER

Tərcümə etdi:Fidan Fərhad

Paylaş
Şərh əlavə et