UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası və UEFA Konfrans Liqasının final oyunlarını idarə edəcək hakimlər bəlli olub.

FİFA nişanlı hakim Halil Umut Meler Konfrans Liqasının finalında 4-cü hakim funksiyasını yerinə yetirəcək. Qarşılaşma 28 may 2025-ci il, çərşənbə günü Polşanın Vrotslav şəhərində keçiriləcək.
UEFA-dan verilən məlumata görə, UEFA Çempionlar Liqasının finalında keçiriləcək "İnter" - Paris Sen-Jermen matçını Rumıniya Futbol Federasiyasından İştvan Kovaç idarə edəcək. Qarşılaşma mayın 31-i şənbə günü Almaniyanın Münhen şəhərindəki “Allianz Arena”da keçiriləcək.
UEFA Avropa Liqasının final oyununun baş hakimi almaniyalı Feliks Zveyer olacaq. Kubokun finalı mayın 21-də İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda “Tottenhem” və “Mançester Yunayted” komandaları arasında keçiriləcək.
"Çelsi" - "Real Betis" Konfrans Liqasının finalını Bosniya və Herseqovina Futbol Federasiyasından İrfan Peljto idarə edəcək.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli
