Bu gün:

Xərçəngin yaranmasının əsas səbəbləri


Xərçəngə səbəb olan faktorlarla bağlı açıqlama verən Onkologiya Mütəxəssisi Dos. Dr. Sadık Muallaoğlu “Həddindən artıq çəki, hərəkətsizlik, siqaret və spirt istifadəsi, artıq çəki hüceyrənin genetik quruluşuna zərər verərək xərçəng riskini artmasına səbəb ola bilər. Ətraf mühit faktorları, həddindən artıq günəş radiasiyası və ya süni ultrabənövşəyi radiasiyaya məruz qalma, havanın çirklənməsi, qapalı mühitlərdə radon qazı, içməli suda yüksək arsenik, asbest liflərinə məruz qalma xərçəngin yaranması ilə nəticələnə bilər.

Aktiv həyat tərzinin əhəmiyyətini vurğulayan Dos. Dr. Muallaoğlu "Fiziki aktivliyin azalması xərçəng riskinin yaranması ilə əlaqələndirilir. Ancaq xərçəngdən qoruya biləcək fiziki fəaliyyətin optimal müddəti, intensivliyi və tezliyi bilinmir. Daha çox fiziki fəaliyyət bir növ xərçəng riskinin azalması ilə əlaqələndirilir. Lakin ən maraqlısı isə kolon və döş xərçəngi riskinin azalması ilə əlaqələndirilir. Piylənmənin 13 növ xərçəng riskini artmasına səbəb olduğu aşkar edilmişdir. Kolon xərçəngi, postmenopozal döş xərçəngi, endometrial və mədəaltı vəzi xərçəngi kimi çəki ilə əlaqəli xəstəliklərdə 55 faiz azalma əldə edilmişdir.

Xərçəngə səbəb olan faktorlardan bəhs edən Dos. Dr. Muallaoğlu həyat tərzi faktorları, ağciyər, kolorektal, prostat və süd vəzi xərçəngi kimi dünya səviyyəsində geniş yayılmış xərçəng növləri də daxil olmaqla, müxtəlif xərçəng növləri ilə əlaqələndirildiyini qeyd edib. Tütün istifadəsi, artıq çəki, düzgün qidalanmamaya dair xərçəng üçün risk faktoru müəyyən edilib. Dünyada xərçəngdən vəfat edənlərin əksəriyyətində fiziki hərəkətsizlik ilə əlaqə olduğu bildirilib. Qlobal Xəstəlik Yükü Araşdırması verilən məlumata, əsasən, dünyada kişilərdə xərçəng ölümlərinin 50,6 faizi, qadınlarda isə 36,3 faizi davranış, ətraf mühit və peşə və ya metabolik risk faktorları ilə bağlı ola bilər. İçki bütün yetkin insanlar üçün aparıcı risk faktoru olsa da, digər mühüm risk faktorlarına infeksiyalar, spirt istifadəsi, yüksək bədən kütləsi indeksi daxildir.  

Tütün istifadəsi dünya üzrə ümumi xərçəng ölümlərinin 21 faizinə və ABŞ-da xərçənglə bağlı bütün ölümlərin 30 faizinə səbəb olub. Siqaret çəkənlərin təxminən yarısı tütünlə əlaqəli xəstəliklərdən vəfat edirlər. Siqaret ağciyər xərçəngi üçün ən güclü risk faktorudur. Xəstəlik riskini 10-20 dəfəyə qədər artırır. Siqaret ağız boşluğu, burun boşluğu, paranazal sinuslar kimi leykemiyaya da səbəb olur. Həmçinin burun-udlaq, mədəaltı vəzi, qaraciyər, mədə, uşaqlıq boynu, böyrək, yoğun bağırsaq və sidik kisəsi xərçənglərinin törədici faktoru olduğu göstərilmişdir. 

Mənbə: CNN Türk

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et